Şabranda 200 hektar ərazi yanıb (Yenilənib)

Şabran rayonunda baş verən yanğın söndürülüb.

Source:
Şabranda yanğın
Şabranda yanğın

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında bildirilir ki, bu gün Şabran rayonu, Taxtalar və Surra kənd bələdiyyələrinə (rayon mərkəzindən 12 km aralı) məxsus ərazidə 70 ha biçilmiş taxıl sahəsi, 130 ha quru ot və kol-kos yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Yanğın saat 16:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Şabran rayonunda baş verən yanğın söndürülüb.

“Report”un Şimal bürosu xəbər verir ki, yanğın Taxtalar kənd ərazisinin biçilmiş əkin sahəsində başlayıb və qəbirstanlığa keçib.

Yanğın nəticəsində qəbirlərin bir çoxunun sinə və baş daşları tanınmaz hala düşüb.

İlkin ehtimallara görə, Şabran ərazisində yerləşən Xaltan qəbirstanlığında başlayan yanğına səbəb həmin qəbirstanlığı ziyarət edənlərin əraziyə atdığı siqaret kötükləri olub. Qəbirstanlıqda 300-ə yaxın qəbir var, bir sıra qəbirlərə ziyan dəyib, bütün ağacların gövdəsi yanıb.

Şabran rayonunda baş verən yanğın söndürülüb.

Bu gün günorta saatlarında Xaltan qəbirstanlığında başlayan yanğın ümumilikdə 80 hektar əraziyə yayılıb. Yanğından mühafizə xidmətinin, həmçinin rayonda xidmət aparan polis əməkdaşlarının, eləcə də yerli sakinlərin səyi nəticəsində yanğını söndürmək mümkün olub.

Yanğın Şabran meşə massivinə keçməsinə 3 km qalmış söndürülüb.

Ana səhifəXəbərlərŞabranda 200 hektar ərazi yanıb (Yenilənib)