Sabit münaqişə

Prezident Əliyevin BMT PA-nın 70-ci sessiyasında iştirak etməməsi də tərəflərin yüksək səviyyədə dialoqa hazır olmadığını və çox güman ki, qarşıdurma xəttini davam etdirəcəyini göstərir

Source:


Prezident Əliyevin BMT PA-nın 70-ci sessiyasında iştirak etməməsi də tərəflərin yüksək səviyyədə dialoqa hazır olmadığını və çox güman ki, qarşıdurma xəttini davam etdirəcəyini göstərir

 Nyu-Yorkda dünya liderləri 2015-ci ildən sonrakı dövr üçün bəşəriyyətin sabit inkişafı sahəsində gündəlik qəbul etmək üçün BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində görüşə toplaşarkən Ermənistan və Azərbaycan bir-birinə növbəti hərbi-siyasi zərbələr endiriblər.

Sentyabrın 26-da keçirilən BNT sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşləri ərəfəsində tərəflərin silahlı qüvvələri artilleriyadan istifadə ilə həm hərbiçilər, həm də mülki şəxslər arasında itkilərə səbəb olan lokal əməliyyatlar həyata keçiriblər.

Hazırki döyüşlərin fərqləndirici xüsusiyyəti odur ki, hər iki tərəfdən açılan atəşlərin hədəfi mülki əhali olub. Bakı da, Yerevan da bir-birini hərbi hücumlar və təxribatlar üçün yaşayış məntəqələrindən istifadə etmək cəhdlərində ittiham ediblər və ordu bölmələrinin və ya atəş nöqtələrinin cəmləşə biləcəyi kəndlərin atəşə tutulmasının qaçılmaz olduğu haqqında xəbərdarlıq ediblər.

Tərəflərin bu dövr üçün planları haqqında məlumat olmadığına görə bu əməllərin kortəbii və ya düşünülmüş xarakterli olduğunu demək mümkün deyil. Amma silahlı hadisələrin və hərbi ritorika MQ həmsədrlərinin daha adekvat və sərt reaksiyasına səbəb ola bilərdi. Onlar dinc əhalinin yaşadığı yerlərdə minaatanlardan və ağır artilleriyadan istifadə ilə bağlı ciddi narahatlıqlarını bildiriblər.

“Bu cür silahdan istifadə münaqişə zamanı gərginliyin qəbuledilməz olduğunu göstərir. Biz həlak olanların ailələrinə başsağlığı veririk və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlər boyunca təmas xəttində hər iki tərəfdən itkilərlə bağlı dərin narahatlıq hissi keçiririk… Bu hadisələrin Azərbaycan və Ermənistan XİN rəhbərlərinin razılaşdırılmış Nyu-York görüşü ərəfəsində baş verməsinə təəssüf edirik. Zorakılığın artması məsələsinin nazirlərlə ciddi müzakirə ediləcəyini və danışıqlar prosesi ilə bağlı fikir mübadiləsi aparılacağını gözləyirik”, deyə ATƏT-in yaydığı bəyanatda bildirilir.

Maraqlıdır ki, bu il yayın ortalarında hərbi gərginlik növbəti zirvəyə çatdığı zaman MQ-dən belə bir reaksiya gəlməmişdi. “Biz həmçinin cəbhə xəttində son aylar hər iki ölkədə böyük beynəlxalq hadisələrlə eyni vaxta təsadüf etmiş nisbi sakitlik dövrünü alqışlayırıq”, deyə həmsədrlər iyulun 24-də bölgəyə səfərlərindən sonra bildiriblər. Bu qiymətləndirmə heç cür real vəziyyəti əks etdirmirdi. Həmsədrlərin bölgədə olduğu zaman müxtəlif silahlardan istifadə ilə atışmalar zamanı ordu itkiləri baş verirdi. Ermənistanın müdafiə naziri Seyran Ohanyan cəbhədə gərginliyin artdığını etiraf edib, amma inandırıb ki, vəziyyət nəzarət altındadır. “Bu gün Ermənistan müharibə başlamaması üçün əlindən gələni edir, amma bütün bu səylər əbəs olarsa, Ermənistanınn silahlı qüvvələri döyüş əməliyyatlarını başqa ərazilərə keçirməyə hazırdılar”,-deyə o bildirib.

 Rəsmi hərbi məlumatlara görə, iyulda vəziyyətin gərginləşməsi iyulun 21-22-də Avropa Birliyi Şurasının sədri Doland Tuskun regiona səfəri ərəfəsində başlayıb və onun səfəri başa çatdıqdan sonra da davam edib. Tusk Bakıda və Yerevanda qeyd edib ki, Avropa İttifaqı Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır, atəşkəs rejiminə riayət edilməsini və aqressiv ritorikadan imtinanı vacib hesab edir. “Biz Ermənistanı və Azərbaycanı qarşılıqlı güzəştə getməyə hazır olduqlarını göstərməyə, gərginliyi artıra biləcək ritorika və əməllərdən imtina etməyə çağırırıq”, deyə o bildirib.

Əslində həm Aİ rəhbərinin regiona səfəri zamanı, həm də Nyu-Yorkda nazirərin hazırki görüşü zamanı hərbi mövzu növbəti dəfə münaqişənin tənzimlənməsi yolları haqqında siyasi müzakirələri ikinci plana atıb. Bu ilin sonuna qədər Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü hazırlamaq yerinə həmsədrlər atəşkəs rejiminin təmin edilməsi məsələsi ilə məşğul olmaq məcburiyyətində qalıblar. Belə olan halda növbəti üç ayda prezidentlərin görüşü sual altına düşür. Prezidentlər İlham Əliyev və Serj Sarkisyan hələlik görüşə hazır deyillər və yalnız Qarabağ tənzimlənməsində öz dövlətlərinin maraqlarını təmin etdikdən sonra münasibətləri normallaşdırmağa hazır olduqlarını bildirirlər. Aİ rəhbəri ilə görüşdə Əliyev Yerevanla münasibətlərin normallaşdırılmasının zəruri şərti kimi Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və münaqişənin ərazi bütövlüyü çərçivəsində həll edilməsini irəli sürüb. Sarkisyan isə normallaşma dedikdə Dağlıq Qarabağın erməni icmasına öz müqəddəratını həll etmək hüququnun verilməsini başa düşür.

Prezident Əliyevin BMT PA-nın 70-ci sessiyasında iştirak etməməsi də tərəflərin yüksək səviyyədə dialoqa hazır olmadığını və çox güman ki, qarşıdurma xəttini davam etdirəcəyini göstərir. Onları bu cür davranışa iqtisadi böhrandan irəli gələn daxili problemlər sürükləyir. Ermənistanda ictimai etirazlar və Azərbaycanda neft iqtisadiyyatının devalvasiyası Qarabağla bağlı danışıqlar üçün heç də yaxşı vaxt deyil. Belə hallarda hərbi gərginləşmə, qəribə də olsa, sabitləşdirici rol oynayır, belə ki, təcrübənin göstərdiyi kimi, xarici təhlükələr əhalinin sosial-iqtisadi narahatlığını ikinci plana keçirir. Həm də Azərbaycan parlament seçkiləri mərhələsinə qədəm qoyub ki, bu mərhələnin zirvəsi noyabrın 1-nə təsadüf edəcək. Bu mənada Qarabağ tənzimlənməsində hər-hansı müsbət irəliləyişlər ehtimalı çox azdır. Ən yaxşı halda ötən ilin oktyabrında artıq Ermənistan və Azərbaycan prezidentlərinin birgə Paris görüşünü keçirən Fransa prezidenti Fransua Oland səviyyəsində, Qarabağ dalanından çıxış yollarının axtarışı deyil, sülh və sabitliyin qorunub saxlanması haqqında danışıqların payız mərhələsi keçirilə bilər.

Ana səhifəXəbərlərSabit münaqişə