Sabirabadda polis mayoru yol qəzasında öldü

Müstəntiq Məmiyev Əlibaxış Salyan rayon Polis Şöbəsində işlədiyi zaman Demokratiyaya Yardım İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Emil Məmmədovun həbsi üçün xüsusi canfəşanlıq göstərmişdi

Source:


Müstəntiq Məmiyev Əlibaxış Salyan rayon Polis Şöbəsində işlədiyi zaman Demokratiyaya Yardım İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Emil Məmmədovun həbsi üçün xüsusi canfəşanlıq göstərmişdi

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində baş verib.

Siyəzən polis şöbəsinin istintaq bölməsinin rəisi, İmişli rayon sakini, 1961-ci il təvəllüdlü Məmiyev Əlibaxış Məhəmməd oğlu özünə məxsus “Opel Omega” avtomobili ilə qəzaya düşüb. Ə.Məmiyevin avtomobilin aşması nəticəsində hadisə yerində öldüyü bildirilir.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

Müstəntiq Məmiyev Əlibaxış Salyan rayon Polis Şöbəsində işlədiyi zaman Demokratiyaya Yardım İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Emil Məmmədovun həbsi üçün xüsusi canfəşanlıq göstərmişdi.

Emil Məmmədovun həyat yoldaşı Sənubər Məmmədovanın prezident İlham Əliyevə müraciətində də bu barədə qeydlər yer almışdı.

Məmiyev Əlibaxış Emil Məmmədovun həbsində göstərdiyi canfəşanlığına görə Siyəzən polis şöbəsinin istintaq bölməsinin rəisi vəzifəsinə təyin olundu.

Bu barədə vəkil Cavad Cavadov öz Facebook səhifəsində məlumat verib.

Ana səhifəXəbərlərSabirabadda polis mayoru yol qəzasında öldü