14.39. Yerli Polis İdarəsi
Mirağa Abbasovun hərbi xidmətdən yayınması barədə polisə məlumat daxil olduğunu deyib. O, polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilib və barəsində toplanmış materiallar Sabirabad rayon Məhkəməsinə göndərilib.
Ailə üzvləri baş verənlər barədə mətbuata danışmaq istəmədiyini deyirlər. Partiya üzvləri, o cümlədən Sahib Rüstəmli isə gəncin məhz siyasi baxışlarına görə cəzalandırıldığını iddia edirlər. Bildirilir ki, Mirağa Abbasov hərbi xidmətə səhhəti ilə bağlı getməyib. Onun gözləri 60 faiz görmür və bununla bağlı lazımi sənədləri də var. Sahib Rüstəmli deyir ki, Mirağa Abbasov son dövrlər müxalifətin keçirdiyi mitinqlərdə fəallıq göstərib, sosial şəbəkələrdə hakimiyyəti tənqid edən fikirlər yayıb: “Bundan əvvəl 1-2 dəfə də ona təzyiqlər olmuşdu. İcradan, bələdiyyədən nümayəndələr ona, atasına bir neçə dəfə xəbərdarlıq etmişdilər. Bir dəfə də post-patrul əməkdaşları onu Kürün qırağından götürüblər, başına torba keçirib şöbəyə gətirmişdilər. Xəbərdarlıq etmişdilər ki, fəaliyyətini dayandırmasan daha ağır cəza olacaq. Yəqin, bu da onun cavabıdır” (Azadlıq Radiosu).
Mirağa Abbasa evlərindən paltar və onun kompyuterini gətirməyi tələb ediblər
Dekabrın 17-də AXCP Sabirabad şöbəsinin gənclər təşkilatının fəalı Mirağa Abasov polisə aparılıb. Bu barədə partiyanın Sabirabad şöbəsinin fəalı Sahib Rüstəmov Facebook səhifəsində yazıb.
“Əvvəl iki polis maşını onun yaşadığı Cavad kəndindəki evinə gəliblər. Mirağa bəy getmək istəməyib və səbəbini soruşub. Sonra daha 3 maşın polis gəlib və onu palçığa batıra-batıra maşına basıb aparıblar. Hal-hazırda deyirlər ki, rəisin otağındadır. Guya yarım saata buraxacaqlar”,- deyə Sahib Rüstəmov qeyd edib.
AXCP Sabirabad şöbəsindən bildiriblər ki, Mirağa Abbasa evlərindən paltar və onun kompyuterini gətirməyi tələb ediblər. Yəqin ki, paltarı palçığa batıb islanıb. Kompüteri isə onun internet fəaliyyətinə baxmaq üçün istəyirlər. Bundan əlavə internet istifadəçisi Kamil Cəfərov da Sabirabad polis şöbəsinə gətiriblər
Eyni zamanda, Mirağa Abbas 23 dekabr bələdiyyə seçkilərində 63 saylı Sabirabad 1-ci seçki dairəsi üzrə müşahidəçidir.