Sabirabad və Şəki karantinə alındı

5 kəndə giriş qadağan edildi

Source: Meydan TV


5 kəndə giriş qadağan edildi

Oktyabrın 14-dən etibarən Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılır.

Bununla bağlı Baş nazir Əli Əsədov “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Qərara əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, bu ərazilərə giriş qadağan edilir.

Azərbaycanda noyabrın 2-dək xüsusi karantin rejimi elan olunub.

Ana səhifəXəbərlərSabirabad və Şəki karantinə alındı