Sabiqlər rəsmi Bakıya qarşı sanksiyaların zamanı çatdığını hesab edirlər

“Yalnız Əlieyevlər ailəsinin və onun yaxın çevrəsinin xaricdəkli mülkiyyətinin dondurulması, onların üzərinə səfər qadağalarının qoyulması vəziyyəti dəyişdirə bilər”

Source:


“Yalnız Əliyevlər ailəsinin və onun yaxın çevrəsinin xaricdəkli mülkiyyətinin dondurulması, onların üzərinə səfər qadağalarının qoyulması vəziyyəti dəyişdirə bilər”

“Freedom House” insan haqları təşkilatının icraçı direktoru Devid Kramer və ABŞ-ın  Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç “The American Interest” məcmuəsinə (http://www.the-american-interest.com/articles/2014/10/02/time-for-sanctions-on-baku/) birgə yazdıqları məqalədə bu məsələyə toxunublar. Məqalədə bildirilir ki, “Qərbin diqqətinin İslam Dövlətinə və Ukrayna böhranına yönəldiyi bir vaxtda fərqli düşüncə üzərinə hücumları genişləndirən prezident İlham Əliyevin hökuməti Azərbaycanda qısnamalar, təhdidlər, döymələr və həbslər vasitəsilə fərqli düşüncə üzərinə hücumunu genişləndirib. Hətta Amerika vətəndaşları və beynəlxalq QHT-lər də bu genişlənən repressiya şəbəkəsinin toruna düşüblər. Bu hərəkətlər cavabını gözləyir”.

Məqalədə deyilir ki, indi Azərbaycan prezidenti İlham Əliyevin də adını Avropanın son diktatoru, Belarusiya prezidenti Lukaşenka və insan haqlarına görə son onilliklərdə ən pis ölkə olan Rusiyanın prezidenti Vladimir Putinlə bir cərgədə yazmaq olar: “Bu gün Əliyev hökumətinin 100-dək siyasi məhbusu var və bu, Belarusiya ilə Rusiyanın birlikdə malik olduqları siyasi məhbusların sayından iki dəfə çoxdur”.

“Quru rəqəmlər bir yana qalsın, Azərbaycan hakimiyyəti öz tənqidçilərinə, jurnalistlərə, müxalifətçilərə və həm də qərblilərə qarşı getdikcə daha təcavüzkar olur”, – deyə müəlliflər yazır.

Sabiqlər “Hətta prezident Obama-nın QHT-lərlə rəftar barədə bu yaxınlarda səslənmiş tənqidinin də təsiri olmayıb” – yazaraq bildirir ki, Azərbaycan hakimiyyətinin hazırda xaricdə olan təhqiqat jurnalisti Xədicə İsmayılı Bakıya qayıdan kimi həbs etməyi planlaşdırdığı barədə inandırıcı xəbərlər yayılıb. Bu narahatedici meyli dayandırmağın ən yaxşı yolu öz xalqına qarşı hiddət doğuran bədrəftarlığına görə Əliyev rejimi üzərinə cəzaların tətbiq edilməsidir”.

Riçard Kozlariç və Devid Kramer hesab edir ki, Azərbaycanın neft və qaz sərvətləri illər boyu onu insan haqlarının vəziyyətinə görə tənqidlərdən qoruyub: “Azərbaycan NATO-nun ötən ay keçirilmiş sammitində Əfqanıstanın yenidən qurulması layihələrinə investisiya yatırılmasında iştirakını təklif etməklə də ölkənin daxilindəki vəziyyətin tənqidindən yan keçiləcəyini düşünüb. Rəsmi Bakı tez-tez ölkənin mürəkkəb geosiyasi məkanda – Rusiya ilə İran arasında yerləşdiyini, Ermənistanla münaqişənin hələ  həllini tapmadığını arqument göstərərək bütün bunların öz davranışını sığortalayacağını düşünür. Bununla belə, geosiyasət Azərbaycanı öz vətəndaşları və Qərb təşkilatları ilə cinayətkarlarla davranırmış kimi rəftar etməsinin tənqidindən qorumamalıdır”.

Müəlliflər rəsmi Vaşinqtonu Qanunun Aliliyi və Hesabatlılıq barədə 2012-ci ildə qəbul edilmiş Sergey Maqnitskiy qanununun Azərbaycan hakimiyyətinə qarşı tətbiqinə çağırırlar.

“Yalnız Əliyevlər ailəsinin və onun yaxın çevrəsinin xaricdəkli mülkiyyətinin dondurulması, onların üzərinə səfər qadağalarının qoyulması vəziyyəti dəyişdirə bilər”,-deyə məqalə bu fikirlərlə yekunlaşır.

Azadlıq Radiosu

Ana səhifəXəbərlərSabiqlər rəsmi Bakıya qarşı sanksiyaların zamanı çatdığını hesab edirlər