Sabiq nazirin atasının heykəlini sökdülər

espublikasının Şərur rayonunda sabiq milli təhlükəsizlik naziri

Source:

Bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudovun adını daşıyan türk litseyinin önündəki abidəsi sökülüb. Bu barədə Naxçıvanda yaşayan jurnalist Həkimeldostu Mehdiyev öz Facebook hesabında yazıb.

Onun sözlərinə görə, Əhməd Mahmudovun heykəlinin sökülməsinə Naxçıvan MR-in tikinti naziri Asəf Məmmədov başçılıq edib. Nazirin göstərişi ilə hərəkətə edən fəhlələr tanınmış alimin heykəlinin başına ip bağlayaraq litseyin önündən götürüblər.

Qeyd edək ki, eks nazir Eldar Mahmudovun atası Əhməd Mahmudov AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, akademiyanın həqiqi üzvü olub. Professor Əhməd Mahmudov 1989-cu il may ayının 8-də Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

Ana səhifəXəbərlərSabiq nazirin atasının heykəlini sökdülər