Sabiq müdafiə naziri İlham Əliyevi ittiham edir (VİDEO)

Oktyabrın 8-də sabiq müdafiə naziri Rəhim Qazıyev yaşadığı mənzildə brifinq keçirib. Sabiq nazir 39 il yaşadığı binanın sakinlərinin 90 faizinin mənzillərini özəlləşdirdiyini, amma onun bu imkandan məhrum edildiyini deyib. Onun sözlərinə görə yaşadığı bina sovet dövründə Politexnik İnstitununun kooperativi adıyla qeydə alınıb. Bina sakinlərinin əksəriyyəti mənzilini özəlləşdirib. Sabiq nazir ASAN-Xidmətin Yasamal rayon idarəsinə lazımi sənədləri təqdim edərkən ona deyiblər ki, bir həftə sonra gəlib sənədləri götürə bilər.



Rəhim Qazıyevin sözlərinə görə onun hüquqlarını birbaşa ölkə başçısı İlham Əliyev pozur.

Ana səhifəVideoSabiq müdafiə naziri İlham Əliyevi ittiham edir (VİDEO)