”Sabiq MTN nazirinə DTX-da işgəncə veriblər”

Naxçıvan Muxtar Respublikanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov martın 7-də həbs olunub.

Sabiq nazirə qarşı Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui istifadə, külli miqdarda mənimsəmə və israf etmə maddələri ilə cinayət işi açılıb. Vəkil Vüqar Xasayev bildirir ki, sabiq nazir təcridxanada saxlanıldıqdan sonra martın 29-da ev dustaqlığına buraxılıb.

Amma vəkil deyir ki, müdafiə etdiyi şəxsi dəfələrlə DTX-ya aparıb, ona işgəncə verirlər. Vüqar Xasayev bildirir ki, Vəli Ələsgərovun “Eldar Mahmudov işi” ilə əlaqəsi yoxdur. O, heç kimin dindirilməsində iştirak etməyib.

Vəkillər bildirir ki, onları qanunsuz olaraq Vəli Ələsgərovla görüşməyə icazə vermirlər. Vüqar Xasayevin sözlərinə görə, sabiq milli təhlükəsizlik nazirinin yaxınlarının təxminən 6 milyon manat əmlakı da əlindən alınıb.Vəkil mətbuat konfransında ölkə başçısı İlham Əliyevə müraciət edərək, Cinayət işinin Naxçıvan Respublikasının Prokurorluğundan alınmasını istəyib.

Naxçıvanda hüquq müdafiəçilərinin və siravi vətəndaşların təqib, təzyiqlərə məruz qalmasında bir neçə dəfə Vəli Ələsgərovun adı hallanıb. Bu işlərin arasında İranın xeyrinə casusluqda ittiham edilən Turac Zeynalovun Naxçıvan MTN-də vəfat etməsi də var.

V.Ələsgərov 2015-ci ilin dekabrında Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin ləğv edilməsi ilə vəzifəsini itirib. Nazirliyin bazasında yaradılan Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəhbər təyin edilib.

Kanalımıza abunə ol –

https://goo.gl/TcM9Fm

__

Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.

Whatsapp nömrəmiz: +49 176 16263646

Ana səhifəVideo”Sabiq MTN nazirinə DTX-da işgəncə veriblər”