Sabiq icra başçısına hökm oxundu

Rafiq Alışov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320( saxta sənəd) maddələri ittiham verilib

Source:


Rafiq Alışov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320( saxta sənəd) maddələri ittiham verilib

Aprelin 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Qobustan rayonunun keçmiş icra başçısı Rafiq Alışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Rafiq Alışov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

R.Alışov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320( saxta sənəd) maddələri ittiham verilib.

İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Məhkəmənin hazırlıq iclasında o həbs edilib.

Rafiq Şıxməmməd oğlu Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

Ana səhifəXəbərlərSabiq icra başçısına hökm oxundu