Sabiq icra başçısı və batalyon komandiri vəfat etdi

Sərdar Həmidov uzun illər yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi

Source:
Sərdar Həmidov
Sərdar Həmidov
Sərdar Həmidov
Sərdar Həmidov


Sərdar Həmidov uzun illər yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi

Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandanı, Tərtər rayonunun icra başçısı olmuş Sərdar Həmidov dünyasını dəyişib.

Bir neçə gün öncə halı qəfildən pisləşdiyi üçün ağır vəziyyətdə 1 saylı Mərkəzi Kliniki Xəstəxanaya (“Semaşko”-red.) yerləşdirilən S.Həmidov bu gün axşam saatlarında dünyasını dəyişib.

S.Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirib. Uzun illərdir o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi.

O, sabiq daxili işlər naziri İsgəndər Həmidovun qardaşıdır.

Ana səhifəXəbərlərSabiq icra başçısı və batalyon komandiri vəfat etdi