Sabiq deputatın cəzası 3 ay azaldıldı

Dünyamin Xəlilovun apelyasiya şikayəti üzrə iclas keçirilib

Source:


Dünyamin Xəlilovun apelyasiya şikayəti üzrə iclas keçirilib

Bakı Apelyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərləri barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə iclas keçirilib.

Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Dünyamin Xəlilovun cəzası 13 ildən 12 il 9 aya endirilib.

Mənsur Zeynalovun cəzası isə 4 il 6 aya endirilib. Digərlərinin şikayəti təmin edilməyib.

Dünyamin Xəlilov 2010-2015-ci illərdə Milli Məclisin deputatı olub.

“Globus Plaza”nın sahibi olan D.Xəlilov barəsində cinayət işi 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsi çərçivəsində başlanılıb. Külli miqdarda dələduzluq maddəsi ilə təqsirləndirilən D.Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2017-ci il qərarı ilə 13 il müddətinə azadlıqdan məhrum

edilib.

Ana səhifəXəbərlərSabiq deputatın cəzası 3 ay azaldıldı