Elçin Sadıqov hər iki gəncin məhkəmə iclaslarında iştirak edəcəyini, ancaq proseslərin qapalı keçiriləcəyini əlavə edib
Mayın 26-da saat 14.30-da Bakı Apellyasiya Məhkəməsinin hakimi cənab Mirzəli Abbasovun sədrliyi ilə Qiyas İbrahimovun barəsindəki həbsin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətiin təmin olunmaması haqqında Xətai rayon Məhkəməsinin hakimi cənab Bəxtiyar Məmmədovun 20 may tarixli qərarından verilən apellyasiya şikayətinə baxılacaq.
Bu barədə vəkil Elçin Sadıqov öz Facebook səhifəsində məlumat yayıb.
Vəkil elə həmin gün 16.00-da Bakı Apellyasiya Məhkəməsinin hakimi cənab Əmir Bayramovun sədrliyi ilə Bayram Məmmədovun barəsindəki həbsin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətinin təmin olunmaması haqqında Xətai rayon Məhkəməsinin hakimi cənab Bəxtiyar Məmmədovun 20 may tarixli qərarından verilən apellyasiya şikayətinə də baxılacağını qeyd edib.
Elçin Sadıqov hər iki gəncin məhkəmə iclaslarında iştirak edəcəyini, ancaq proseslərin qapalı keçiriləcəyini əlavə edib.