Rayonlarda isə hava əsasən yağmursuz keçəcək
Bakı və Abşeron yarımadasında martın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bölgənin bəzi yerlərdə duman, axşam çiskin olacaq. Cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata əsasən havanın temperaturunun gecə 3-6° isti, gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacağı gözlənilir.
Bildirilib ki, atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-65 faiz təşkil edəcək.
Rayonlarda isə hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Gündüz qərb rayonlarından başlayaraq yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5°şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.