Sabah bəzi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq

Havanın temperaturu gecə 21-25° isti, gündüz 31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacağı gözlənilir

Source:


Havanın temperaturu gecə 21-25° isti, gündüz 31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacağı gözlənilir

Avqustun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində – 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 35-40% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39°, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Ana səhifəXəbərlərSabah bəzi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq