Saatlı bazarı yandı

Ümumi sahəsi 11694 kv.m olan mərkəzi bazarın yanar konstruksiyaları və içərisində olan qarışıq mallar 3200 kv.m sahədə yanıb

Source:


Ümumi sahəsi 11694 kv.m olan mərkəzi bazarın yanar konstruksiyaları və içərisində olan qarışıq mallar 3200 kv.m sahədə yanıb

Saatlıda ticarət mərkəzində güclü yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Saatlı Yanğından Mühafizə Xidmətindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, gecə saatlarında Saatlı rayonunda yerləşən ”Araz Şöhrət” ticarət mərkəzi (keçmiş kolxoz bazarı) yanıb.

Ümumi sahəsi 11694 kv.m olan mərkəzi bazarın yanar konstruksiyaları və içərisində olan qarışıq mallar 3200 kv.m sahədə yanıb.

Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Ticarət mərkəzinin xeyli hissəsi tamamilə yanıb. Yanğın səhər saat 8.00 radələrində lokallaşdırılıb.  Ticarət mərkəzinin bir hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.


Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Saatlı, Sabirabad və İmişli Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.

Ana səhifəXəbərlərSaatlı bazarı yandı