Keçmiş prezident 2 ay qolunda elektron bilərzik gəzəcək
Kiyevin Piçerski Məhkəməsi Gürcüstanın sabiq prezidenti, “Yeni qüvvələr hərəkatı”nın lideri Mixail Saakaşvili haqqında 2 aylıq ev dustaqlığı qərarı çıxarıb.
Məlumatı “unian.net”
yayıb
.
Qərar Ukraynanın Cinayət Məcəlləsinin 177-ci maddəsinin 1, 2, 3, 4,5-ci bəndləri əsasında çıxarılıb.
Yerli prokurorluğun bu barədə vəsatəti Mixail Saakaşvilinin səhhətindəki problemlərə əsaslanıb.
Bildirilir ki, Mixail Saakaşvili qarşıdakı 2 ayı mənzilində və “elektron bilərzik”də keçirəcək. Amma bununla bərabər Odessanın keçmiş qubernatoruna tərəfdarlarına telefon və “skype”la əlaqə saxlamaq qadağan olunmur.
Sabiq qubernator dekabrın 9-da
saxlanılıb
.
Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstan prezidenti olub. Sonradan Ukrayna prezidenti Petro Poroşenkonun dəvəti ilə 2015-2016-cı illərdə Odessa vilayətinin qubernatoru vəzifəsində çalışıb. 2016-cı ildə vəzifəsindən istefa verərək Ukrayna prezidentinə qarşı müxalifətə keçib.