Rüşvət almaqda təqsirləndirilən məmura hökm oxundu

Sabiq icra başçısının əmisi oğlu özünü günahkar bilmir

Foto: Meydan TV


Sabiq icra başçısının əmisi oğlu özünü günahkar bilmir

Aprelin 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədova hökm oxunub. Hakim Mahmud Ağalarovun sədrliyilə çıxarılan hökmə görə, X.Məmmədov Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə və 311-ci (rüşvət alma) maddələrilə təqsirli bilinərək, 8 il 6 ay azadlıqdan məhrum edilib.

Xətai rayonunda rüşvət alıb qanunsuz tikililərə şərait yaratmaqda təqsirləndirilən X.Məmmədov bu rayonun sabiq icra başçısı, 2018-ci il dekabrın 13-də vəzifəsindən azad edilmiş Razim Məmmədovun əmisi oğludur.

X.Məmmədov özünü təqsirli bilmir. O, qanunsuz tikintilərə görə adamlardan pul alması barədə ittihamların əsassız olduğunu deyib. Bildirib ki, onun rayon ərazisində tikintiyə icazə vermək, yaxud tikintini qadağan etmək səlahiyyəti olmayıb: “Biz məhəllələrdəki daxili küçələrin, əsas yolların kənarının və məişət tullantılarının təmizləməsi ilə məşğul olurduq”.

Ana səhifəXəbərlərRüşvət almaqda təqsirləndirilən məmura hökm oxundu