Rüstəm Usubov sahibkar xanımı və atasını qəbul etdi

Nigar Köçərli: “İstintaq işi ciddi nəzarətə götürülməlidir”

Source:
Nigar Köçərli və atası
Nigar Köçərli və atası
Nigar Köçərli və atası
Nigar Köçərli və atası


Nigar Köçərli: “İstintaq işi ciddi nəzarətə götürülməlidir”

Baş Prokurorun birinci müavini Rüstəm Usubov “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərlini və atasını qəbul edib.

Bu barədə Nigar Köçərli öz Facebook səhifəsində yazıb.

Sahibkar bildirib ki, cənab Usubov Baş Prokuror Zakir Qaralovun tapşırığı ilə bu görüşə təşəbbüs göstərdiyini, şikayətlərini dinləyəndən sonra Baş Prokurora məruzə edəcəyini söyləyib: “Rüstəm Usubov Nəsimi RPİ-də baş verən hadisə, istintaq işin bağlanması ilə bağlı şikayətimi diqqətlə və təfərrüatı ilə, eləcə də xüsusi hörmətlə, səbrlə dinlədi. Bu münasibətə görə ona şəxsən açıq şəkildə Atamın və öz adımdan minnətdaram”.

Nigar Köçərli Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin polis idarəsinin inzibati binasında etdiyi təhqirlərə görə cəzalandırılmasını istəyir: “DİN-in Mətbuat Xidmətinin yaydığı məlumatlarda “hansı səviyyəsinin yiyəsi” və digər təhqiramiz ifadələrə hüquqi qiymət verilməlidir. Bizə elə gəlir ki, nazirliyin rəsmi məlumatında işlədilən qeyri-etik ifadələr bizim vətandaş qürurumuza toxunub, bizi təhqir edib. Nəhayət, istintaq işi ciddi nəzarətə götürülməlidir”.

Fevralın 16-da “Əli və Nino”   kitab mağazası şəbəkəsinin sahibi Nigar Köçərli Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin qəbulunda olarkən təhqir olunduğu barədə açıqlama yaymışdı.

Xanım Köçərli buna səbəb kimi 26 sentyabrda ofisində baş verən oğurluq hadisəsi ilə bağlı idarənin heç bir iş görmədiyi haqqında Prezident Administrasiyasına göndərdiyi şikayəti göstərib.

Kitab mağazasının seyfindən 13.216 manat oğurlanıb. Oğurlanan pullar işçilərin maaşı və nəşriyyata olan borclar olub.  Hadisə ilə bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi açılsa da, dekabrda iş bağlanılıb.

Ana səhifəXəbərlərRüstəm Usubov sahibkar xanımı və atasını qəbul etdi