Rüstəm Muradov: Rusiyalı sülhməramlılar Qarabağda minimum beş il qalacaqlar

“Hazırda Qarabağda həyat tam ritmi ilə davam edir”

Source: Vikipedia


“Hazırda Qarabağda həyat tam ritmi ilə davam edir"

“Rusiyalı sülhməramlılar beş il ərzində Dağlıq Qarabağ ərazisində olacaqlar, üçtərəfli bəyanatda qeyd olunur. Daha sonra missiyanın uzadılması barədə qərar qəbul olunacaq”, – Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin rəhbəri qismində öz missiyasını bitirmiş general-leytenant Rüstəm Muradov bu haqda TASS İnformasiya Agentliyinə

bildirib

.

O, öz işini pozitiv qiymətləndirərək qeyd edib ki, hazırda Qarabağda həyat tam ritmi ilə davam edir.

“Rusiyanın sülhməramlı missiyasının fəaliyyətini müsbət qiymətləndirirəm. Bizə bu qiyməti dinc əhali verir – hazırda Qarabağda həyat tam ritmi ilə davam edir. Sözsüz ki, çox mürəkkəb məsələlər var, lakin proses gedir – insanlar qayıdır, bir sıra problemli məsələlər çözülür. Odur ki, zənnimcə, hər şey normal olacaq”, – Muradov deyib.

Rüstəm Muradov Rusiyanın Dağlıq Qarabağda sülhməramlı kontingentinin komandanı vəzifəsini 2020-ci ilin noybarından icra edib. Onu bu vəzifədə general-mayor Mixail Kosobokov əvəzləyib.

Rusiya sülhməramlıları Qarabağda ötən ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanata uyğun olaraq 5 il müddətinə yerləşdirilib. Əgər növbəti 5 il üçün müddətin bitməyinə 6 ay qalmış tərəflərdən hər hansı biri missiyanın qarabağdan çıxarılmasını tələb etməzsə, müddət avtomatik olaraq uzadılacaq.

Ana səhifəXəbərlərRüstəm Muradov: Rusiyalı sülhməramlılar Qarabağda minimum beş il qalacaqlar