Dekabrın 10-da “Saleh Rüstəmliyə azadlıq” aksiyasında iştirakla ittiham olunub, inzibati qaydada həbs edilən Rüstəm İsmayılbəylinin apelyasiya məhkəməsi keçirilib. Bacısı Sevgi İsmayılbəyli bildirib ki, Rüstəm məhkəmədə aksiya iştirakçısı olmadığını qeyd edib.
Buna baxmayaraq, hakim Rüstəm İsmayılbəylinin inzibati həbs müddətindən yalnız 50 dəqiqə azaldıb.
Dekabrın 1-də Fəvvarələr Meydanında həbsdə aclıq aksiya keçirən Saleh Rüstəmliyə dəstək aksiyası keçirilib, 5 nəfər inzibati formada həbs edilib.