Rüstəm İbrahimbəyov: “Xərçəng xəstəliyindən əziyyət çəkirəm”

Tanınmış dramaturq xərcəng olmasını ilk dəfə Vaqif Səmədoğlunun vəfatı ilə bağlı yazdığı məktubda açıqlamışdı

Source:


Tanınmış dramaturq xərcəng olmasını ilk dəfə Vaqif Səmədoğlunun vəfatı ilə bağlı yazdığı məktubda açıqlamışdı

Tanınmış kinorejissor Rüstəm İbrahimbəyov xərçəng xəstəliyinə tutulub. Modern.az-ın məlumatına görə, o, Bakıya gələ bilməməsinin səbəbini xəstəliyi ilə əlaqələndirib: “Bir ilə yaxındır ki, xərçəng xəstəliyindən əziyyət çəkirəm. Xırdalığına gedib hansı orqanımda xərçəng olduğunu demək istəmirəm. Həm Amerikada, həm də burda müalicə olunuram. Ona görə də Bakıya gəlmək arzum reallaşmır”.

Tanınmış kinorejissor Rüstəm İbrahimbəyovun  bir müddət öncə siyasi proseslərdə adı daha çox hallanırdı.

R.İbrahimbəyov xərcəng olmasını ilk dəfə Vaqif Səmədoğlunun vəfatı ilə bağlı yazdığı məktubda açıqlamışdı.

Ana səhifəXəbərlərRüstəm İbrahimbəyov: “Xərçəng xəstəliyindən əziyyət çəkirəm”