“Daha neçə-neçə illər bir birimizi yaradıcı uğurlar münasibəti ilə təbrik etmək üçün Allah yardımçımız olsun!”
“Bu il Milli Kinomuzun 117 yaşı tamam olur. Bu müddət ərzində Azərbaycan kinematoqrafçıları öz xalqına sevgisi və mədəni ənənələrə bağlılığına sadiq olub. Həmkarlarımızın ən layiqliləri həmişə çətin tarixi şəraitdə ölkəmizin və kinematoqrafımızın gerçək maraqlarını qoruyub”.
Bu fikirlər Kinematoqrafçılar İttifaqının sədri, dramaturq Rüstəm İbrahimbəyovun 2 avqusty Milli Kino Günü ilə bağlı yaydığı müraciətində yer alıb.
R.İbrahimbəyov bildirib ki, ittifaqın mükafatlarının bu ilki laureatları öz fəaliyyətlərində və əsərlərində Milli Kinomuzun ən yaxşı xüsusiyyətlərini əks etdiriblər: “Əziz həmkarlarım Mehriban Zəkini, Cavid Əhədovu və Cavanşir Quliyevi yüksək yaradıcı nailiyyətləri münasibəti ilə təbrik edirəm. Bir daha hamınıza salamımı və xoş arzularımı çatdırıram. Daha neçə-neçə illər bir birimizi yaradıcı uğurlar münasibəti ilə təbrik etmək üçün Allah yardımçımız olsun!”.