Rüstəm Ağayev: Azərbaycanda 14758 şagird koronavirusa yoluxub

Virus aşkarlanmış şagird məktəbdə olubsa, onun sinfi distant təhsilə keçib”, – nazirin müşaviri bildirib.

Source: Specify Source


Təhsil nazirinin müşaviri 7090 təhsil işçisinin də virusa yoluxduğunu deyib

Azərbaycanda indiyədək 14758 şagird, 7090 təhsil işçisi COVİD-19 infeksiyasına yoluxub.

Bu barədə Təhsil nazirinin müşaviri Rüstəm Ağayev yanvarın 22-də keçirilən mətbuat konfransında danışıb.

Rüstəm Ağayevin sözlərinə görə, ötən ilin sentyabrından indiyə qədər ibtidai siniflərdə 2246 şagird koronavirusa yoluxub.

“5-9 siniflərdə 4411 nəfər, 10-11-ci siniflərdə isə 7525 nəfərdə koronavirus aşkarlanıb. Virus aşkarlanmış şagird məktəbdə olubsa, onun sinfi distant təhsilə keçib”, – nazirin müşaviri bildirib.

Ana səhifəSosialRüstəm Ağayev: Azərbaycanda 14758 şagird koronavirusa yoluxub