Rusiyaya qarşı yeni sanksiyalar hazırlanır?

Beynəlxalq KİV Kerç boğazındakı toqquşma ilə bağlı Avropa İttifaqının və ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar hazırladığını xəbər verir

Source:

Məqalə

“Novaya qazeta”

saytında dərc olunub


Beynəlxalq KİV Kerç boğazındakı toqquşma ilə bağlı Avropa İttifaqının və ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar hazırladığını xəbər verir

Avropa İttifaqı ölkələri Kerç boğazında Ukrayna gəmilərinin saxlanılmasına görə Rusiya ilə bağlı yeni sanksiyaları razılaşdırır, – mənbələrə istinadən

“Financial Times”

qəzeti və

“Sky News”

telekanalı məlumat verir.

“Sky News” telekanalının bilgilərinə görə, konkret addımlar 18 fevralda Aİ üzvü olan ölkələrin xarici işlər nazirlərinin görüşü zamanı müzakiə ediləcək, tədbirlər barədə isə yaxın həftələrdə məlumat verilə bilər.

“Financial Times” qəzeti yazır ki, sanksiyaların qəbulu martın sonuna gözlənilir, həmçini onlar ABŞ-la birlikdə tətbiq olunacaq.

“Sky News” telekanalının məlumatına görə, fərdi sanksiyalar Azovdakı toqquşmaya görə məsuliyyəti olan rusiyalılar və Rusiya şirkətlərinə qarşı tətbiq ediləcək, buraya aktivlərin dondurulması və giriş qadağası aiddir. Telekanalın mənbələrindən birinin iddiasına görə, Rusiya hakimiyyəti gəmilərin Kerç boğazından keçidini məhdudlaşdırmaqda davam edir və son iki ayda daşınmaların həcmi azalıb.

“Financial Times” qəzeti öz məqaləsini Moskva vaxtı ilə saat 20:00-da dərc edib və birja hərraclarının bağlanmasına doğru rublun avro və dollara olan

məzənnəsi

yanvarda gücləndikdən sonra yenidən düşüb: “Vedomosti” qəzetinin yazdığına görə, 10 dəqiqə ərzində rubl dollara münasibətdə 46 qəpik və avroya münasibətdə 66 qəpik dəyər itirib. Həmçinin fevralın 12-də ABŞ Konqresində Rusiya əleyhinə sanksiyalarla bağlı yeni tərkibdə ilk dinləmələr baş tutmalı idi, ancaq onu qeyri-müəyyən müddətə təxirə saldılar.

Noyabrın 25-də Rusiya sərhəd xidməti Ukraynanın Odessadan Mariupola hərəkət edən üç hərbi gəmisini atəşə tutub. Rusiya tərəfinin bəyanatına görə, gəmilər sərhədi qanunsuz olaraq keçiblər, belə ki, Ukrayna gəmilərin keçidi ilə bağlı əvvəlcədən müraciət etməyib. Kiyev iddia edir ki, müraciət olunub, ancaq cavab almayıb. Toqquşmadan sonra Avropa İttifaqı Rusiyanı saxlanılan dənizçilərin hamısını

sərbəst buraxmağa çağırıb

.

Ana səhifəXəbərlərRusiyaya qarşı yeni sanksiyalar hazırlanır?