Rusiyaya gedən 17 min adam geri qayıtmayıb

Nemət Əliyev: ”Hökumətin açıqladığı sosial-iqtisadi inkişaf statistikasını alt-üst edir”

Source:
fotonun müəllifi Abbas Atilay
fotonun müəllifi Abbas Atilay


Nemət Əliyev: ”Hökumətin açıqladığı sosial-iqtisadi inkişaf statistikasını alt-üst edir”

Son 1 il 10 ayda Azərbaycandan Rusiyaya gedənlərin 17 min 195 nəfəri geri

qayıtmayıb

. Məlumatı Rusiya Dövlət Statistika Komitəsi Rusiya Federal Miqrasiya Xidmətinə istinadən

yayıb

.

Bir il 10 ayda Rusiyadan Azərbaycana gələnlərin sayı 27 min 828 nəfər, Azərbaycandan Rusiyaya gedənlərin sayı isə 45 min 23 nəfər olub.

İqtisadçı Nemət Əliyev deyir ki, Azərbaycanda son bir neçə ildə tətbiq olunan sanksiyalar fonunda vəziyyət nə qədər ağırlaşsa da, Rusiyada sosial-iqtisadi şərait buradakı ilə müqayisədə öz cazibəsini qoruyub saxlayıb:

“Bizim ölkə ilə müqayisədə məşğuliyyət imkanlarının genişliyi, yüksək əmək haqqı, qayda-qanunlara əməl olunması, vətəndaşa hörmət qoyulması və s. kimi çox vacib göstəricilərə görə Rusiya hələ də irəlidədir. Üstün cəhətlərdən biri də odur ki, o ölkədə xırda və orta biznes ilə məşğul olanları təqib edən, onların yaxasından sallaşanlara bir o qədər rast gəlməzsən”.

Nemət Əliyev

İqtisadçı bildirir ki, bu statistika hökumətin açıqladığı sosial-iqtisadi inkişaf statistikasını alt-üst edir:

“Vətənini sevən hər bir kəs nəticə çıxarmalıdır bu statistikadan. Birbaşa dözülməz sosial-iqtisadi şəraitin burada törətdiyi bəladır. Bu bəladan yaxa qurtarmaq üçün hamılıqla əlimizi daşın altına qoymalıyıq”.

Ana səhifəXəbərlərRusiyaya gedən 17 min adam geri qayıtmayıb