Mənbə: Google

Rusiyaya dil müxtəlifliyinin qorunması haqda xəbərdarlıq edilib

79 yaşlı şəxsin dil siyasətinə etiraz olaraq özünü yandırması beynəlxalq təşkilatların diqqətini çəkib

Rusiyanın dil siyasətinə etiraz olaraq etnik Udmurt aliminin özünü yandırmasının ardından “Human Rights Watch” (HRW) Moskvanı ölkədə mövcud olan etnik və dil azlıqlarının üzləşdiyi “köklü problemləri” həll etməyə çağırıb.

Rusiya “dil müxtəlifliyini gözardı edən dil siyasətini yenidən nəzərdən keçirməlidir,” HRW sentyabrın 12-də verdiyi açıqlamada bəyan edib.

“Rusiya hökuməti Baltikyanı ölkələrdə və Ukraynada rus dilində danışanların dil hüquqları ilə bağlı narahatlıqlarını ifadə etmək üçün heç bir səy göstərməyib,”- Nyu York mərkəzlil insan haqları qurumu əlavə edib.

İki gün əvvəl Albert Razin Udmurtiya vilayətinin paytaxtı İjevskdə parlament binasının qarşısında özünü yandırdıqdan sonra aldığı xəsarətdən xəstəxanada həyatını itirib.

Etiraz aksiyası zamanı Razinin əlində tutduğu plakatda “Dilim sabah öləcəksə, mən bu gün ölməyə hazıram” ifadələri yazılmışdı.

79 yaşlı Razin 2018-ci ilin iyun ayında yerli hakimiyyətə açıq məktub ünvanlamış bir qrup ekspert arasında olub. Belə ki, yerli alimlər Udmur parlamentindən ana dilin məktəblərdə tədrisiylə bağlı qanun layihəsinə etiraz etməyə çağırır. Onlar bu qanun layihəsini yerli dil və mədəniyyətin inkişafına təhlükə hesab edirlər.

Moskva keçən il qeyri-rus etnik qrupların təmsil olunduğu bölgə və respublikalarda yerli dillərin icbari tədrisini təxirə salacaq yeni qanun qəbul edib.

Səlahiyyətlilər qeyd edirlər ki, qanuna edilmiş dəyişiklik dil müxtəlifliyini məhv etmək məqsədi daşımır və əksinə insanların öz dillərini istədikləri halda öyrənmələrinə icazə verdiyini bildirir.

Bununla yanaşı HRW bildirir ki, qanun layihəsi Rusiyada tədricən dil müxtəlifliyinin azalmasıyla bağlı narahatedici mənzərəyə töhfə verir. Bəyanatda qurum açıq şəkildə bildirir ki, qanun yerli dilin rus diliylə paralel istifadə olunması lazım olan respublika və bölgələrdə azlıqların öz dillərini öyrənməsinə mane olur.

“Bu tənzimləmə respublikaların konstitusiyalarında öz əksini tapıb və hər iki dilin öyrənilməsi yerli qanunlarla məcburidir,” deyə bəyanatda əlavə edilir.

“Ölümü ilə Razin Rusiyanı və bütün dünyanı Udmurt dilinin fəlakətli vəziyyətinə diqqət yetirməyə və onu qorumaq üçün tədbirlər görməyə çağırış edib,”- Udmurt mədəniyyətini təbliğ edən Udmurtlik qrupu sosial mediada qeyd edib.

“Biz artıq Udmurt dilinin problemlərinə məhəl qoymamağa davam edə və onun ölümünə laqeyd qala bilmərik,” deyə fəallar əlavə ediblər.

Prezident Vladimir Putinin İnsan Hüquqları Şurasının üzvü Andrey Babuşkin “İnterfaks”a “insan haqları fəalları vəziyyətin (Udmurtiyada) digər bölgələrə nisbətən daha yaxşı olduğuna inanırlar”- deyib.

“Lakin Razinin özünü yandırması göstərdi ki, hər şey əslində göründüyü qədər yaxşı deyil,” deyə Babuşkin əlavə edib.

Udmurt dili Finno-Uqor dilləri qrupuna daxildir. Bu dildə danışan insanların sayı 2002-ci ildə 463.000-dən 2010-cu ildə 324.000-ə qədər azalıb. Rusiyanın bu iki ildə həyata keçirdiyi milli siyahıyaalma məlumatlarında belə qeyd edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/d2zheu

Ən çox baxılan