Yeni xarici siyasət bkonsepsiyası prezident Putin tərəfindən təsdiqlənib
Rusiya postsovet məkanında mövcud olan münaqişələrin siyasi-diplomatik yolla həllinin fəal tərəfdarıdır.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu məqam Rusiya Federasiyasının yeni xarici siyasət konsepsiyasında qeyd olunub.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yeni xarici siyasət konsepsiyasının regional prioritetləri bölümünə salınıb. Həmin bölümdə qeyd olunur ki, Rusiya digər həmsədr ölkələrlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövcud çoxtərəfli danışıqlar mexanizminə Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdə birgə bəyanatlarında qeyd olunmuş prinsiplər əsasında yardım edir.
Yeni konsepsiya prezident Putin tərəfindən təsdiqlənib.
Siyasi şərhçi İlqar Vəlizadə yeni konsepsiyada əsaslı dəyişiklik görmədiyini bildirib.
O, bu barədə Meydan TV-yə deyib ki, yeni konsepsiya 2013-cü ildə qəbul olunan konsepsiyanın modernizə edilmiş variantıdır. Sənəddə Amerika ilə münasibətlərdə, mövcud münaqişə ocaqlarıyla bağlı bəzi sərt ifadələr yer alıb, bu, daha çox Rusiyanın maraqlarına cavab verən hərəkətlərin həyata keçirilməsini təşkil edir: “Amma Dağlıq Qarabağ münaqişəsiylə bağlı müddəalar əvvəlki konsepsiyayayla üst-üstə düşür”.