ABŞ-ın pilotsuz uçuş aparatının suya düşdüyü bildirilir
Martın 14-də Qara dəniz üzərində Rusiyanın iki “Su-27” qırıcısından birinin ABŞ-ın “MQ-9” pilotsuz uçuş aparatı ilə toqquşması nəticəsində ikinci beynəlxalq sulara düşüb.
Bildirilir ki, səhər saatlarında “Su-27”lərdən biri “MQ-9 Reaper” dronuna çırpılıb.
Məlumat ABŞ-ın Avropadakı qüvvələrinin komandanlığının bəyanatında əks olunub.
“Bu gün Rusiyanın iki Su-27 təyyarəsi Qara dəniz üzərində beynəlxalq hava məkanında olan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9 kəşfiyyat, müşahidə və kəşfiyyat xarakterli pilotsuz uçuş aparatını təhlükəli və qeyri-peşəkar şəkildə ələ keçirib”, – məlumatda belə deyilir.
“Toqquşmadan əvvəl bir neçə dəfə Su-27-lər MQ-9-a yanacaq tökərək onun qarşısında ehtiyatsız, ekoloji cəhətdən təhlükəli və qeyri-peşəkar şəkildə uçublar. Bu hadisə təkcə səriştəsizlik deyil, həm də təhlükə və qeyri-peşəkarlıq nümayiş etdirir”, – deyə bəyanatda qeyd edilir.
ABŞ komandanlığı bildirir ki, MQ-9 beynəlxalq hava məkanında adi əməliyyatlar həyata keçirərkən Rusiya təyyarəsi tərəfindən tutularaq vurulub:
“Bu isə MQ-9-un qəzaya uğramasına və tamamilə itməsinə səbəb olub”.
“Əslində, rusların bu təhlükəli və qeyri-peşəkar hərəkəti az qala hər iki təyyarənin qəzaya uğramasına səbəb olub. ABŞ və Alyansın təyyarələri beynəlxalq hava məkanında fəaliyyətini davam etdirəcək və biz rusları peşəkar və təhlükəsiz davranmağa çağırırıq”, – ABŞ Hərbi Hava Qüvvələrinin generalı James B. Hecker bildirib.