Seymur Həzi

Mənbə: Meydan TV

Başlıq: Seymur Həzi

Rusiyanın Qarabağ planı...

Kremlin niyyəti

Rusiya insanı düşünmədən “insan üçün” döyüşür...

Rusiyanın Qarabağda niyə genişlənmək istədiyini bilmək üçün bu məlumata diqqət yetirmək kifayət edir. Görün başqa bir ölkəyə silahlı qüvvə və ağır texnika yeritmək üçün Kreml nəyi bəhanə edir:

“Kreml tərəfindən dəstəklənən Mərkəzi Afrika Respublikasının Prezidenti Francois Faustin-Archange Touaderaya qarşı çıxan üç üsyançı qrupun çevriliş cəhdindən sonra yeni prezident və parlament seçkilərinə bir neçə gün qalmış, Rusiyanın bölgədəki siyasi böhrana güclü müdaxiləsi üzə çıxıb.

Kreml dünən Mərkəzi Afrika Respublikasında baş verənlərlə bağlı böyük narahatlıq keçirdiyini, yüzlərlə Rusiya hərbi personalının Prezident Touaderanın qiyama müqavimət göstərməsinə kömək etmək üçün ağır silahlarla birlikdə bölgədə yerləşdirildiyini bildirib.

Putinin mətbuat katibi Dmitriy Peskov dünən “Gələn xəbərlər həyəcanlıdır. Bildiyimiz qədər hələlik Rusiya vətəndaşlarının həyatlarına bir təhlükə yoxdur. Mövzunu bu qədər yaxından izləməyimizin bir səbəbi də budur”.

Buradan belə bir məntiq çıxır ortaya: vətəndaşlarının taleyindən narahatsansa, onları təxliyyə et. Axı yüz insanı təxliyyə etmək, oraya on tank, nə qədər zirehli döyüş maşını, əsgərdaşıyan, orta və iri çaplı silah daşımaqdan asandır. Axı həm də bu əsgərlər Rusiya vətəndaşlarıdır. Onları necə riskə atmaq olar? Rusiya üçün "döyüşən" insanları vətəndən nə qədər uzaqda fəda etmək, riskə atmaq məntiqli və insaflıdırmı? Özü də rusların həyatını qorumaq adı altında. Əlbəttə, yox. Deməli, söhbət həm də digər maraqdan gedir.

Qarabağda bəhanə düzəldilir...

Rusiyanın heç vaxt əsasa ehtiyacı olmayıb. Ona xırda bir bəhanə də bəs edir ki, əsas olmadan qərarlar qəbul edib, addımlar atsın. Rusiya öz vətəndaşları üçün məsuliyyətini dəqiqləşdirməmiş bir şəxsin timsalında etatist sistemdir. Bu, bir şəxsin hakimiyyət maraqlarını və imperialist niyyətləri ehtiva edir. Bu cür iqtisadi böhranda “yeni torpaqlar” siyasəti olmazsa, “mujik” Putinə niyə inanmalıdır?

Keçək bizimlə bağlı xəbərə...

Rusiyanın Qarabağda yeni 33 modl tipli şəhərcik tikəcəyi açıqlanıb. Bu şəhərciklərdə yaşayanların sayı 6-10 min ola bilər. Şoyqunun bu məlumatı vermək tərzindən də anlaşıldı ki, mülayim qurşaqda yeni buzlaşma başlayacaq. Əlbəttə, Kreml burada özü üçün dayaq nöqtəsi qurur və genişləndirmək niyyəti də öz məntiqi çərçivəsində başadüşüləndir.

Yuxarıdakı xəbərlə birlikdə analiz etsək, Rusiya Xankəndində rus sakinlər təşkil etmək istəyir ki, gələcəkdə daha fərqli addımlar və əməliyyatlar üçün bəhanəsi olsun. Azərbaycanın icazəsi, rəyi istəyi olmadan onun ərazilərinə mülki və hərbi köçürmələr aşkar şəkildə beynəlxalq konvensiyalara ziddir, amma bu, Rusiyanı narahat etmir. Çünki onun üçün beynəlxalq hüquq Rusiyanın imperialist maraqlarından kənarda mövcud deyil...

Rusiya orada yaşayacaq ruslar üçün on il sonra təhlükəsizlik əməliyyatları keçirsə, qətiyyən təəccüb etmək olmaz. Görün, 2 noyabr 2020 cil də Rusiyanın müdaxiləsinə 7 gün qalmış rus hərbi dairələrinə yaxın “ Vzqlyad.ru” saytında nə yazılır: “Rusiyanın təhlükəsizlik maraqları Azərbaycanın Dağlıq Qarabağı qaytarmasına imkan verməməyi tələb edir”.

Bəli, bu xəbər də təsdiq edir ki, Kreml indidən gələcək əməliyyatların bəhanəsinin əsasını qoyur. Bunun qarşısını almağın bir yolu var: Kremlin Qarabağda təkbaşına fəaliyyətini bir an öncə durdurmaq və burada beynəlxaql birliyin birgə fəaliyyətinə nail olmaq...

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/3k091u

Ən çox baxılan