None

Mənbə: 

Rusiyanın Patriarxı Mehriban Əliyevaya orden verdi

Azərbaycanın Birinci vitse-prezidenti  Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə layiq görülüb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif olunub.

APA yazır ki, Moskvada Xilasedici İsa Məsih məbədində keçirilən mərasimdə ordeni M. Əliyevaya Moskva və bütün Rusiyanın Patriarxı Kirill təqdim edib.

M.Əliyeva bu ordeni Rus Pravoslav Kilsəsini təmir etdirdiyinə görə alıb.

Bu orden əsasən kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlara verilir.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə 2013-cü ildə Həştərxanda Müqəddəs Mələksima Knyaz Vladimirə də Rusiyada ilk abidə ucaldılıb. Lakin görülən işlərə xərclənən pulların həcmi açıqlanmır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/dsq4a3

Ən çox baxılan