Rusiyanın Orlov vilayətində hərbi helikopter qəzaya uğrayıb, ekipaj həlak olub

İllüstrasiya – Foto: ChatGpt

Ölənlərin iki ekipaj üzvü – pilot və bort mühəndisi olduğu bildirilir

Rusiyanın Orlov vilayətində Mi-8 helikopteri planlaşdırılmış uçuşu yerinə yetirərkən qəzaya uğrayıb.

Moskva Hərbi Dairəsinin (MVO) mətbuat xidmətindən RİA Novosti-yə verilən məlumata görə, ekipaj həlak olub. Ölənlərin iki ekipaj üzvü – pilot və bort mühəndisi olduğu bildirilir.

Qəzanın ilkin səbəbinin texniki nasazlıq olduğu bildirilir. Qəza yerinə Rusiya Aerokosmik Qüvvələrinin komissiyası göndərilib.

“İnterfaks” Moskva Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Helikopter yaşayış olmayan ərazidə qəzaya uğrayıb. Yerdə dağıntı yoxdur”.

Helikopter Orlov vilayətinin Uritski rayonunun Narışkino kəndi yaxınlığında qəzaya uğrayıb.

Vilayətin qubernatoru Andrey Klıçkov bildirib ki, kənd sakinləri üçün heç bir təhlükə yoxdur.

“Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.

Mi-8 helikopteri Smolensk vilayətinə, Vyazemsk rayonundakı bazaya tərəf uçurmuş.

Ana səhifəDünyaRusiyanın Orlov vilayətində hərbi helikopter qəzaya uğrayıb, ekipaj həlak olub