Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 35 milyard avro ayrılacaq

Ursula fon der Leyen. Foto: Alexandros Michailidis/shutterstock

Ümumilikdə qış tədarükü üçün Kiyevə 160 milyon avro yardım veriləcək

Sentyabrın 20-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Kiyevə səfər edib.

Bildirilir ki, Ursula fon der Leyen Ukrayna rəhbərliyi ilə qışa hazırlıqda Avropa İttifaqının yardımı, üzvlük və G7 kreditləri üzrə irəliləyiş məsələlərini müzakirə edəcək.

Həmçinin, Ukraynaya 160 milyon avro ayrılacağı da qeyd olunub:

Bu, qarşıdan gələn qışda Ukraynanın təcili humanitar ehtiyaclarını ödəməyə yönəldiləcək”.

Ursula fon der Leyen jurnalistlərə bildirib ki, vəsaitin 100 milyon avrosu Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdəndir:

Rusiyanın vurduğu dağıntıların əvəzini ödəməsi ədalətlidir”.

Avropa İttifaqının hesablamalarına görə, Ukraynanın enerji infrastrukturunun təxminən yarısı dağılıb və bu, evlərin, xəstəxanaların və məktəblərin qızdırılmasını çətinləşdirir.

Avropa Komissiyasının Prezidentinin dediyinə görə, Rusiya Ukraynanın təxminən 9 qiqavatlıq (GW) enerji infrastrukturunu sıradan çıxarıb:

Bu, üç Baltikyanı ölkənin enerji ekvivalentidir”.

“Mənim Kiyevə 8-ci səfərim qış mövsümünün tezliklə başlaması və Rusiya enerji infrastrukturunu hədəf almağa davam etdiyi vaxta təsadüf edir. Biz Ukraynaya cəsarətli səylərində kömək edəcəyik. Mən buraya Avropanın dəstəyini müzakirə etmək üçün gəlirəm. Qışa hazırlıqdan müdafiəyə, Aİ-yə qoşulmağa və irəliləyişlərə qədər. G7 kreditləri”, – deyə diplomat əlavə edib.

Ursula fon der Leyen Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən 35 milyard avro məbləğində kredit ayıracağını da açıqlayıb:

Bu gün Avropa Komissiyası Avropa Birliyinə G7 öhdəliyindən 35 milyard avro borc almağa imkan verəcək təklifləri təsdiqləyib. Kredit Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərlə təmin edilib. Vəsaitlər birbaşa Ukraynanın dövlət büdcəsinə daxil olacaq. Bu, Ukraynanın makro-maliyyə sabitliyini yaxşılaşdıracaq. Ukrayna bu vəsaitdən necə istifadə edəcəyinə özü qərar verəcək”.

Eyni zamanda, Volodimir Zelenski 35 milyard avroluq kreditdən gələn bu vəsaitin hansı sahələrə xərclənəcəyini açıqlayıb:

“İlk növbədə enerji və müdafiəyə sərf edəcəyik”.

Ukraynada soyuqlar oktyabrın sonundan mart ayına qədər davam edir, ən sərt aylar isə yanvar və fevral aylarıdır.

Müharibə başlayandan milyonlarla insan Ukraynanı tərk edərək Polşaya və digər qonşu ölkələrə gediblər.

Avropa Komissiyasının hesablamalarına görə, hər həftə 10 000 insan yardım axtarır.

Ana səhifəDünyaRusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 35 milyard avro ayrılacaq