Rusiyanın daha üç ali təhsil müəssisəsinin filialı Azərbaycanda açılacaq

İlham Əliyev və Vladimir Putin

İlham Əliyev və Vladimir Putin

“Filialların açılışı prezidentlərin razılaşdırdığı yol xəritəsi əsasında baş tutacaq”

Azərbaycanda Rusiyanın daha ali təhsil müəssisəsinin filialı açılacaq.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov “Report” agentliyinin sualını cavablandırarkən deyib. 

Bunlar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun, Ali İqtisadiyyat Məktəbinin və Rusiya Dövlət Humanitar-İqtisadiyyat Universitetinin filialları olacaq.

Diplomat qeyd edib ki, Rusiyanın adıçəkilən ali təhsil müəssisələrinin filiallarının Azərbaycanda açılışı iki ölkə prezidentinin razılaşdırdığı yol xəritəsi əsasında humanitar əməkdaşlıq çərçivəsində baş tutacaq.

2018-ci ilin sentyabrında Bakıda doqquzuncu Azərbaycan-Rusiya forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib ki, onun ölkəsi rus dilinə olan marağı görür və yüksək qiymətləndirir. 

“Təkcə Azərbaycan vətəndaşlarının marağını yox, həmçinin dövlət tərəfindən verilən dəstək bizim üçün qiymətlidir”.

Azərbaycanda iki Rusiya universitetinin - M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hnza2q

Ən çox baxılan