Rusiyanın daha üç ali təhsil müəssisəsinin filialı Azərbaycanda açılacaq

“Filialların açılışı prezidentlərin razılaşdırdığı yol xəritəsi əsasında baş tutacaq”

Source:
İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin


“Filialların açılışı prezidentlərin razılaşdırdığı yol xəritəsi əsasında baş tutacaq”

Azərbaycanda Rusiyanın daha ali təhsil müəssisəsinin filialı açılacaq.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov “Report” agentliyinin sualını cavablandırarkən

deyib.

Bunlar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun, Ali İqtisadiyyat Məktəbinin və Rusiya Dövlət Humanitar-İqtisadiyyat Universitetinin filialları olacaq.

Diplomat qeyd edib ki, Rusiyanın adıçəkilən ali təhsil müəssisələrinin filiallarının Azərbaycanda açılışı iki ölkə prezidentinin razılaşdırdığı yol xəritəsi əsasında humanitar əməkdaşlıq çərçivəsində baş tutacaq.

2018-ci ilin sentyabrında Bakıda doqquzuncu Azərbaycan-Rusiya forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib ki, onun ölkəsi rus dilinə olan marağı görür və yüksək

qiymətləndirir.

“Təkcə Azərbaycan vətəndaşlarının marağını yox, həmçinin dövlət tərəfindən verilən dəstək bizim üçün qiymətlidir”.

Azərbaycanda iki Rusiya universitetinin – M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.

Ana səhifəXəbərlərRusiyanın daha üç ali təhsil müəssisəsinin filialı Azərbaycanda açılacaq