Təlim düşərgəsindəki əsgərlərin hara göndərildiyi hələ ki məlum deyil
Hər il yerin təsvirini qeydə alan Kaliforniyada yerləşən Amerika şirkəti “Planet Labs” Belarusdan peyk görüntülərini yayıb.
Həmin görüntülərdən Rusiyanın Belarusda yerləşən üç hərbi düşərgəsini ləğv etdiyi görünür.
Bu, Rusiyanın Ukraynanın irimiqyaslı əkshücumunu dayandırmaq üçün daha çox əsgərə ehtiyacı olması haqqında fikirlər yaradıb.
Lakin hələlik həmin əsgərlərin başqa yerə köçürüləcəyi və ya döyüşdə iştirak məqsədilə istifadə ediləcəyi məlum deyil.
Peyk görüntüləri iyulun 4-də çəkilib.
Həmin görüntülərdə daha öncə ərazidə olan çadırların söküldüyü görünür.
Mütəxəssislər hesab edirlər ki, həmin düşərgələr iyunun 30-dan tez sökülüb.
Düşərgə 2022-ci ilin oktyabrın ortalarında, Rusiyanın Müdafiə Nazirliyinin sentyabrda 300 minədək əsgərin səfərbər olunacağını açıqladığı vaxtdan sonra qurulub.
Burada döyüş üçün səfərbər olunan rusiyalı əsgərlərə təlim keçilməyə başlanıb.
İyunun 6-dək burada təxminən 3000 insanın yaşaya biləcəyi 150-yə yaxın çadır olub.
Həmin vaxtlar döyüş üçün səfərbər olunan rusiyalı əsgər bu üç hərbi düşərgədə ağır texnika ilə hərbi təlimlər keçib, daha sonra Ukraynaya döyüşməyə göndəriliblər.