Baş nazir Putinlə video-görüşündə bu barədə məlumat verib
Rusiyanın Baş naziri Mixail Mişustin Vladimir Putinlə video görüş zamanı koronavirusa tutulduğunu deyib, – “Ria Novosti” xəbər verir.
“Hörmətli Vladimir Vladimiroviç, yeni məlum olub ki, koronavirus üçün verdiyim testlər müsbət nəticə verib. Bu baxımdan tələblərə uyğun olaraq özümü təcrid etməli və həkimlərin göstərişlərinə əməl etməliyəm. Bunu həmkarlarımı qorumaq üçün etməliyəm”,- Mişustin Putinə deyib.
Eyni zamanda Mişustin hökumətin işini davam etdirəcəyini və onun əlaqədə qalacağını deyib.
Baş nazir prezidentə həmçinin təklif edib ki, müavini Andrey Belousovu Nazirlər Kabinetinin rəhbəri təyin etsin.