Rusiya özünə qarşı təxribat sayır, mütəxəssislər isə Rusiyadan şübhələnir
Rusiyanın Baltik dənizinin dibi ilə keçən qaz kəmərində sızmalar baş verib.
Səbəbi bəlli deyil, lakin hadisənin İsveç və Danimarka yaxınlığında baş verdiyi bildirilir.
Hazırda sızmanın səbəbləri araşdırılır.
Mütəxəssislər və həmçinin şəbəkəni quranlar iddia edirlər ki, burada Rusiyanın təxribat ehtimalı var.
Bildirilir ki, sızma Danimarkada beş dəniz mili radiusunda baş verib və gəmiçiliyin məhdudlaşmasına səbəb olub.
Hər iki boru kəməri Avropa paytaxtları ilə Moskva arasında güclənən enerji müharibəsində əsas Qərb iqtisadiyyatlarını iflasa uğradıb. Bu da qaz qiymətlərinin yüksəlməsinə, eyni zamanda, alternativ enerji tədarükü axtarışına səbəb olub.
“Bunun qəsdən zərər olduğuna dair bəzi əlamətlər var”, – deyən Avropa təhlükəsizlik mənbəsi nəticə çıxarmaq üçün hələ tez olduğunu söyləyib.
Rusiya tərəfi bildirib ki, şəbəkədəki sızıntı narahatlıq doğurur və bu, təxribat xarakterli olaya bənzəyir.
Kremlin sözçüsü Dmitri Peskov isə jurnalistlərə açıqlamasında bildirib ki, hazırda heç bir variantı istisna etmək olmaz.
Fevralda Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Avropa ölkələri bu ölkəyə sanksiyalar tətbiq edib.
Əvəzidə Rusiya da Avropaya enerji nəqlini azaldıb.
Bütün bu mübahisələr fonunda sızmalar aşkar edilən vaxtadək heç bir boru kəməri ilə Avropaya qaz nəql edilmirdi.
Mütəxəssislər düşünür ki, “Şimal axını 1” vasitəsilə qışda Avropaya qaz nəql ediləcəyi ilə bağlı ümidlər var idi. Lakin bu hadisə qışda bu boru ilə qaz nəqli gözləntilərini puç edir.
“Nord Stream AG” şəbəkə operatoru bildirib ki, eyni gün “Şimal axını” sisteminin dəniz qaz kəmərlərinin üç xəttində eyni vaxtda baş vermiş sızıntı görünməmiş hadisədir.
“Hər iki boru kəməri tam istismarda olmasa da, onlarda təzyiq altında qaz var idi. Hazırda isə qaz-nəqliyyat infrastrukturunun bərpasının vaxtını hələlik təxmin etmək mümkün deyil”, – “Nord Stream AG” şəbəkə operatoru qeyd edib.
Danimarkanın energetika naziri Dan Yorgensen də yazılı açıqlamasında qeyd edib ki, “Şimal axını 2”də qaz sızması aşkar edilib.
Rusiyanın “Qazprom” şirkəti isə bu barədə açıqlama verməkdən imtina edib.