Rusiyadan gələn klassik cəbhəçinin saxlanıldığı bildirilir

“Günahının nə olduğunu demədilər”

Source:
Ceyhun Nəbi
Ceyhun Nəbi


“Günahının nə olduğunu demədilər”

Rusiyadan Azərbaycana yenicə qayıdan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) fəalı Ceyhun Nəbinin, oktyabrın 23-də yaşadığı Şəmkir rayonunda saxlanaraq Bakıya gətirildiyi haqqında məlumat yayılıb.

Azadlıq Radiosunun məlumatına görə, bunu C.Nəbinin atası Sərdar Nəbiyev də təsdiq edib.

“Üç ay idi ki, Rusiyaya getmişdi. Oktyabrın 23-ü səhər gəldi. Bir az söhbətdən sonra dostlarını görməyə getdi və bir də xəbər gəldi ki, Ceyhunu polis şöbəsinə aparıblar. Getdim, nə qədər çalışdımsa da, görüş vermədilər. Mənə ancaq bunu dedilər ki, Bakıya apardılar. Daha günahı nədir, bunu söyləmədilər”, – S.Nəbiyev vurğulayıb.

S.Nəbiyev deyir ki, oğlunun harada saxlandığını indiyə kimi dəqiqləşdirə bilməyib.

Bu deyilənlərə, hələlik, Şəmkir Rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

C.Nəbi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə bağlı yazılan “Sovetlərlə üz-üzə” adlı kitabın müəllifidir.

Ana səhifəXəbərlərRusiyadan gələn klassik cəbhəçinin saxlanıldığı bildirilir