Rusiyadan Azərbaycana pul köçürmələri 10 faiz azalıb

”Böhranla əlaqədar Rusiyadakı azərbaycanlıların qazanc imkanları məhdudlaşıb”

Source:


”Böhranla əlaqədar Rusiyadakı azərbaycanlıların qazanc imkanları məhdudlaşıb”

2016-cı ildə Rusiyadan Azərbaycana 739 mln. dollar pul köçürülüb.

Bu barədə “Report” Rusiya Mərkəzi Bankının statistik hesabatına istinadən yazıb. Bildirir ki, bu, 2015-ci ilin yekunu ilə müqayisədə 87 mln. dollar və ya 10,5 faiz azdır. Ötən il Azərbaycana həyata keçirilən hər bir köçürmənin orta məbləği 354 dollar olub. Bu da əvvəlki ilin analoji göstəricisinə baxanda 100 dollar və ya 22 faiz azdır.

Azərbaycandan Rusiyaya köçürmələr də illik müqayisədə 85 mln. dollar və ya 49,4 faiz azalaraq 2016-cı ildə 172 mln. dollara düşüb.

Nəticədə, Rusiyadan Azərbaycana xalis pul köçürmələri 2016-cı ildə 566 mln. dollar təşkil edib. Bu da 2015-ci ilin analoji göstəricisi ilə müqayisədə 3 mln. dollar və ya 0,53 faiz aşağıdır.

Rusiyadan MDB ölkələrinə xalis pul köçürmələri 2016-cı ildə 7,282 mlrd. dollar olub. Bu da illik müqayisədə 97 mln. dollar və ya 1,35 faiz çoxdur.

İqtisadçı Azər Mehtiyev 2014-cü ildə Rusiyada iqtisadi böhranın kəskinləşdiyini xatırladaraq oradakı azərbaycanlıların qazanc imkanlarının məhdudlaşdığını deyib. Hətta bəzi sahibkarlar Bakıdakı mənzillərini satıb bizneslərini xilas etməyə çalışıb:

Azər Mehtiyev

“Odur ki, Rusiyadan pul köçürmələrinin azalmasını iki səbəblə əlaqəlidir. Birinci, Rusiyada iqtisadi böhran və gəlirlər azalır ki, bu da Azərbaycana göndərilən vəsaitin azalmasına təsir göstərir. İkincisi, iqtisadi böhranla bağlı Rusiyanı tərk edib vətənə qayıdan, yaxud qonşu respublikalar olan Ukraynaya, Qazaxıstana gedənlər olub”.

İqtisadçı buna birmənalı rəy verməyin mümkün olmadığını deyir: “Çünki bu istiqamətdə hökumətin Rusiyada nə qədər əmək miqarantının çalışması, onların göndərdiyi maliyyə vəsaitləri barədə araşdırması yoxdur. Bu barədə müstəqil ekspertlərin də araşdırması olmayıb”.

Ana səhifəXəbərlərRusiyadan Azərbaycana pul köçürmələri 10 faiz azalıb