Rusiyadakı miqrantlar işlərini itirir

“Üçüncü seçim ölümdür və heç kim bunu istəmir”.

Source: Foto: google.ru


Onlar ərzaq üçün dost-tanışa ümid edir

Moskvanın koronavirusla bağlı həyata keçirdiyi təcriddən çox əvvəl də Tacikistandan gəlmiş inşaatçı İbrahim Artykovun bəxti gətirməmişdi. İki ay ərzində dörd iş dəyişən Artykova işəgötürənlər ya aşağı maaş verirdilər, ya da heç ödəmə etmədən yoxa çıxırdılar.

İndi 32 yaşlı inşaat işçisi Rusiyada 10 milyon əmək miqrantından biridir və dörd həftədir davam edən koronavirus təcridinə görə ümumiyyətlə iş tapa bilmir.

“Reuters” yazır ki, təcridin ölkədə nə vaxt yumşaldılacağı barədə heç bir rəsmi bəyanat verilməyib və Artykov bütün uçuşlar təxirə salındığı üçün evinə də qayıda bilmir.

“Bizim evimiz, maşınımız, pulumuz yoxdur, ona görə də sadəcə birtəhər sağ qalırıq. Bir nəfər borc verir, digəri ərzaqla və ya əllərindən nə gəlirsə kömək edir”,- o deyib.

“Biz su və oksigenlə yaşaya bilmirik və birtəhər dirənmələyik. Düşünmürəm ki, acından ölməkdən daha qorxunc bir şey ola bilər”.

Prezident Vladimir Putin deyib ki, epidemiya hələ pik həddə çatmayıb. Moskva virusun yayılmasını yavaşlatmaq üçün zəruri hesab olunan iş növlərindən başqa digər işləri dayandırıb.

“Bu, o deməkdir ki, təkcə Moskva və onun ətrafındakı ərazilərdə qanuni olaraq işləmək üçün qeydiyyatdan keçmiş 2,2 milyon miqrant tikinti və digər sektorlarda iş yerlərini itirib”, – Moskvada yaşayan miqrasiya üzrə ekspert Valentina Çupik deyib.

Real rəqəm isə ehtimal ki, daha yüksəkdir. Əsasən çoxu kasıb Orta Asiya ölkələrindən gələn milyonlarla iqtisadi mühacir işəgötürənlər tərəfindən asanlıqla istismar edilə biləcəyi və ya aldadılacağı sahələrdə çalışırlar. Bu işlərdə çalışan miqrantlar əldə etdikləri gəlirlərin böyük qismini Orta Asiya respublikalarındakı ailələrinə göndərirlər.

Rusiya hökuməti böhrana məruz qalan vətəndaşlara və müəssisələrə kifayət qədər iqtisadi dəstək vermədiyi üçün bəzi tənqidçilər tərəfindən atəşə tutulub. Miqrantlar Rusiyada heç bir dövlət dəstəyi ala bilmirlər.

Bəzi rəsmilər onların da faydalanacağı fövqalədə tədbirlər görülməsinə çağırış edib. Rusiyada yerli media cinayət artımı riski barədə xəbərdarlıq edib.

Artykov hesab edir ki, hökumət mühacirlərə ya Rusiyanı tərk etməyə icazə verməli, ya da təcrid davam edərkən onlara maddi kömək etməlidir. Baxmayaraq ki, bu addımın atılmasında o şübhəlidir:

“Üçüncü seçim ölümdür və heç kim bunu istəmir”.

Miqrant icmalar və xeyriyyə təşkilatları miqrant ailələrinə kömək etmək üçün tədbirlər görür.

32 yaşlı Həbibullov Qurbonov öz bloqunda 900 min rubl (12,170 ABŞ dolları) toplayaraq avtomobillərinin pulsuz istifadəsini təklif edən taksi xidmətindən istifadə edərək yüzlərlə ailənin istifadəsi üçün düyü, un, kartof və digər məhsullar alıb.

Digər xeyriyyə təşkilatları da ərzaq yardımı edir.

“Dom Dobroty” xeyriyyə təşkilatının direktoru İrina Konsol deyib: “Bu gün biz Rusiyada ilişib qalmış və ailələrinin yanına gedə bilməyən miqrant ailələrə yemək paylayırıq. O insanlar acdır”.

Ana səhifəDünyaRusiyadakı miqrantlar işlərini itirir