“Rusiyadakı dəyişikliklər Azərbaycana da təsir edəcək”

“Putin aqtressiv siyasətini ifşa etdi – imperiyanın çökməsi qaçılmazdır”

Source:


“Putin aqtressiv siyasətini ifşa etdi – imperiyanın çökməsi qaçılmazdır”

Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə “Turan İA”a müsahibəsində Rusiya prezidenti Vladimir Putinin son mətbuat konfransından danışıb.


Sual:

 Rusiya prezidenti Vladimir Putinin son mətbuat konfransını əvvəlki mətbuat konfransları ilə necə müqayisə edərdiniz?


Cavab:

 Birincisi, mahiyyət etibarı ilə bu mətbuat konfransı əvvəlkilərdən heç nə ilə fərqlənmir. Putin təzə heç nə demədi. Xarici və daxili siyasətdə heç bir yenilik olmadı. Lakin fərq ondan ibarət idi ki, Putin xalqın gözlədiklərini demədi. Ona görə ki, bilmirdi. Putinin gələcəyə proqramı yoxdur və Rusiyanın onun siyasəti nəticəsində düşdüyü böhrandan necə çıxacağını da bilmir. Putin də bunu gözəl  nümayiş etdirdi. Nümayiş etdirdi ki, bilmir nə vaxt  böhran qurtaracaq. Onun dediyinə görə, ən az iki ildən sonra. Bu da o deməkdir ki, əgər iqtisadiyyat bu sürətlə çöksə, rubl məzənnəsini bu sürətlə itirsə bütün xalq ağır vəziyyətdə olacaq. Bu xalqa nə cür kömək etməli, nə etməli?, – bunların heç birinə Putin cavab vermədi.


Sual


:

 Xarici siyasət kursu ilə bağlı daha hansı yenilikləri dedi?


Cavab


:

 Putinin vəziyyəti ağırdır. Çünki xarici siyasətdə Putin böyük səhvə yol verdi. Ukraynaya hücum, Krımın ilhaqı, Ukraynanın cənub-şərqində müharibə etməsi və bunu danması. Bilirisiniz, bu, tamamilə çürük, mənasız xarici siyasətdir. Rusiyanı aqressiv bir imperiya kimi ifşa edən siyasətdir. Bunların hamısını inkar etdi. Rusiyanın orada müharibə aparmağını inkar etdi. Krımın ilhaqına bəraət qazandırdı. Yəni yeni heç nə demədi. Ona görə də Rusiyanın əleyhinə olan sanksiyalar davam edəcək. Rusiyanın iqtisadiyyatı çökməkdə davam edəcək. 2008-ci ildə, ondan əvvəlki illərdəki böhranlarda rubl aşağı düşdü, Rusiya böhrandan birtəhər çıxdı. İndi vəziyyət bam-başqadır. İndi vəziyyət elədir ki, Rusiyanın Amerika, Avropa ilə iqtisadi münasibətləri ona gətirib çıxarır ki, bunsuz Rusiya yaşaya bilmir. Eyni zamanda da Rusiya ABŞ-ı da, Avropanı da müharibə ilə, nüvə silahı ilə hədələyir. Onlar da belə dövlətə, sözsüz ki, heç bir yardım etməyəcəklər.


Sual


:

 Putinin son çıxışı daxili siyasətlə bağlı nə dedi? Rusiyanın daxili siyasətinin gələcəyi necə olacaq?


Cavab


:

 Sovet İttifaqı çökəndə bəzilərində belə ümid yarandı ki, bəlkə Rusiyada demokratikləşmə prosesləri getsin. Yeltsinin dövründə demokratikləşməyə oxşayan addımlar oldu. Lakin imperiyada demokratikləşmə mümkün deyil. Putin də KQB-çi, çekist kimi dövlət başına gələndə o, rüşeymlərin hamısını məhv etdi. Rusiyanın inkişaf etməsi üçün gərək orada qanunun aliliyi olsun, demokratiya olsun, biznesə azadlıq olsun, xalqa azadlıq olsun. Bunların hamısını çıxanda ölkə çökür. Bunların hamısı olanda da, olmayanda da imperiya çökür. Ona görə də Putin və onun administrasiyasının vəziyyəti çıxılmazdır. Bu imperiyanın çökməsi qaçılmazdır. Olacaqdır.


Sual


:

 Vladimir Putinin son bəyanatları ilə Azərbaycan dövlət rəhbərlərinin bəyanatları təxminən üst-üstə düşür. Azərbaycan vəziyyətdən çıxış üçün nə etməlidir?


Cavab


:

 Azərbaycanda bu cür bəyanatlar heç də təəccüblü deyil. Nəyə görə? Ona görə ki, Rusiya da, Azərbaycan da, Qazaxıstan da, bütün indiki müstəqil, keçmiş Sovet respublikalarının hamısı Rus imperiyasının hissələridir. Ona görə, Azərbaycanın siyasəti ilə Rusiyanın, ya Qazaxıstanın, ya Tacikistanın siyasəti arasına çox böyük oxşarlıqlar var. Bəlkə də eyniliklər var. Rusiya böyük böhran qarşısındadır. O böhranın təsirləri bütün MDB ölkələrinə böyük təsirlər edəcəkdir. Rusiyadakı dəyişikliklər bu ölkələrə də təsir edəcəkdir.

Ana səhifəXəbərlər“Rusiyadakı dəyişikliklər Azərbaycana da təsir edəcək”