Rusiyada: Yanğında xəsarət alan daha bir azərbaycanlı öldü

Ölənlərin sayı 6-ya çatıb

Source:


Ölənlərin sayı 6-ya çatıb

Rusiyanın Orenburq şəhərində baş vermiş yanğın nəticəsində yaralanan azərbaycanlılardan biri xəstəxanada ölüb.

Məlumatı

APA

Orenburqdakı Azərbaycan icmasının rəhbəri Yaşar Məsimova istinadən yayıb. Bildirilir ki, yanğın nəticəsində ağır yanıq xəsarəti alan 1969-ci il təvəllüdlü Sevinc Şiraslan qızı Quliyeva fevralın 20-də xəstəxanada ölüb.

Diaspor rəhbərinin sözlərinə görə, yanğın nəticəsində yaralanan şəxslərdən 3-ü hazırda xəstəxanadadır. Onların da vəziyyəti ağırdır.

Fevralın 12-də Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində baş verən yanğın nəticəsində 1980-ci il təvəllüdlü Hatəm (Namiq) Akif oğlu Quliyev, onun 3 yaşlı qızı Leyla və 6 yaşlı oğlu Eysevər, 1967-ci il təvəllüdlü Qabil Qarayev ölüb. Yanğın zamanı 2009-cu il təvəllüdlü Sevinc Quliyeva, 1995-ci il təvəllüdlü Aytən Quliyeva, 1936-cı il təvəllüdlü İzzət Quliyeva, 1992-ci il təvəllüdlü Sədaqət Quluyeva və 1969-cu il təvəllüdlü Sevinc Quliyeva ağır yanıq xəsarətləri alıb.

Sədaqət Quliyeva bir neçə gün əvvəl xəstəxanada həyatını itirib.

Ana səhifəXəbərlərRusiyada: Yanğında xəsarət alan daha bir azərbaycanlı öldü