Hadisənin səbəbləri, ölənlərin və xəsarət alanların kimliyi müəyyənləşdirilir
İyulun 24-ü gecə saatlarında Rusiyanın Krasnoyarsk diyarının Suxobuzimsk qəsəbəsində yanğın olub. Yanğında bir azərbaycanlı ailə də məhv olub. Ata, üç oğlu və bir qızı ölüb.
APA yazır ki, evin daha bir oğlu isə yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbi araşdırılır.
Krasnoyarsk diyarı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədr müavini Ayaz Məmmədov ölənlərin azərbaycanlı olduğunu təsdiqləyib.
Yanğında əslən Tovuzdan olan 37 yaşlı kişi, onun 3, 6 və 10 yaşında üç oğlu, 1 yaşında qızı yanaraq ölüb. 14 yaşındakı oğlu isə xəstəxanaya yerləşdirilib.
Yanğın baş verən vaxt ana evdə olmayıb.
Hadisənin səbəbləri, ölənlərin və xəsarət alanın kimliyi müəyyənləşdirilir.