Rusiyada yanğın 64 nəfərin ölümünə səbəb olub (yenilənir)

16 nəfərin itkin düşdüyü bildirlib

Source:
fotolar Rusiya informasiya mənbələri
fotolar Rusiya informasiya mənbələri


16 nəfərin itkin düşdüyü bildirlib


***


16.55. Lenta.ru İstintaq Komitəsinə istinadən

xəbər

verir ki, ticarət mərkəzində yanğın başlayanda mühafizə siqnalizasiya sistemi işləməyib, eyni zamanda, insanların çıxarılması üçün yanğın çıxışları bağlı olub. Açılan cinayət işinə əsasən cavabdeh 5 nəfər saxlanılıb. Ancaq yekun nəticə və yanğının əsas səbəbləri, günahkarlar barədə ekspertiza rəyləri, istintağın gedişi zamanı məlumat veriləcək.


***


12.50. ria.ru ölənlərin sayının 64 nəfər olduğunu

bildirib

.

***


12.10. ria.ru

xəbər

verir ki, ölənlərin sayı 56 nəfərə çatıb, 44 adam xəsarət alıb.

***

Rusiyanın Kemerovo şəhərindəki “Qış albalısı” ticarət mərkəzində martın 25-də yanğın baş verib.

Yanğın nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

Məlumatı ria.ru

yayıb

.

16 nəfərin itkin düşdüyü bildirlib.

İnterfax.ru isə dağıntılar altında 55 meyitin tapıldığı

xəbəri

ni verib.

Ana səhifəXəbərlərRusiyada yanğın 64 nəfərin ölümünə səbəb olub (yenilənir)