Rusiyada vergidən yayınan bloger Azərbaycanda yeni biznes fəaliyyətinə başlayır

Hüseyn Həsənov. Foto: Şəxsi İnstagram səhifəsi

Hüseyn Həsənov kompüter klubları şəbəkəsi yaradacağını deyib

Rusiyada vergidən yayınaraq, ölkədən qaçdığı deyilən bloger, infobiznesmen Hüseyn Həsənovun Azərbaycanda yeni biznes fəaliyyətinə başladığı bildirilir.

Hüseyn Həsənov jurnalistlərə açıqlamasında bu haqda məlumat verib.

“Biz artıq tikintiyə başlamışıq. Bu, kompüter klubları şəbəkəsi olacaq. Sonra başqa bir biznes də açacağıq”
, – bloger bildirib.

2024-cü il iyulun 10-da Rusiya İctimai Palatasının üzvü, Təhlükəsiz İnternet Liqasının direktoru Yekaterina Mizulina Hüseyn Həsənovun Rusiyada vergidən yayındığı üçün məsuliyyətə cəlb olunduğu və ölkədən qaçdığını bildirmişdi.

Onun sözlərinə görə, infobiznesmenə məxsus bir sıra şirkətlər borca görə qapadılıb, özü isə Rusiyadan qaçıb.

2024-cü il iyulun 15-də Hüseyn Həsənovun vergilərlə bağlı proseslərə cəlb oluna biləcəyi barədə məlumat yayılıb.

Moskva Vergi Müfəttişliyi müvafiq iddia qaldırıb.

Hüseyn Həsənovun Federal Vergi Xidmətinə 144 milyon rubl məbləğində borcunun yığıldığı bildirilib.

Hüseyn Həsənov 1994-cü ildə Sankt-Peterburqda doğulub.

O, “İnstagram”da videobloger kimi məşhurdur. Həmçinin infobizneslə məşğul olur.
“Milyonçu təfəkkür” və bir sıra onlayn kurs satışı ilə tanınır.

Ana səhifəXəbərlərRusiyada vergidən yayınan bloger Azərbaycanda yeni biznes fəaliyyətinə başlayır