Rusiyada SSRİ nostalgiyası ilə yaşayanların sayı artıb

Hikmək Hacızadə: ”Rusiyanın idarəçiliyində dəyişiklik olmasa, SSRİ-ni istəyənlərin sayı artacaq”

Source:


Hikmək Hacızadə: ”Rusiyanın idarəçiliyində dəyişiklik olmasa, SSRİ-ni istəyənlərin sayı artacaq”

Rusiyada SSRİ-nin nostalgiyası ilə yaşayan insanların sayına görə 2018-ci ildə son 5 ilin rekord rəqəmi qeydə alınıb.


“Levada Mərkəz”

inin apardığı sorğunun nəticələrinə görə, nostalji hisslərlə yaşayanların sayı 66 faizə çatıb. Bir il əvvəl bu faiz 58 idi.

SSRİ dağıldıqdan sonra ən kiçik nəticə 2012-ci ildə olub – 49 faiz.

“Levada Mərkəz”i belə sorğuları 10 ildir keçirməyə başlayıb.

Ümumiyyətlə bu illər ərzində rekord göstərici 2000-ci ildə olub. Həmin il 75 faiz rəyi soruşulan SSRİ-nin dağılmasının təəssüfünü çəkdiklərini bildiriblər.

Sorğuda məlum olub ki, nostalgiya yaşayanların əksəriyyəti 55 və ondan çox yaşı olanlardır. Amma bu hisslər son illərdə 18-dən 24-ə qədər yaşı olanlar arasında da artır.

SSRİ-nin geri qayıtmasını istəyən rusiyalılar əsas səbəb kimi vahid iqtisadi sistemin dağılmasını (54 faiz), insanlarln böyük dövlətə məxsus olma hisslərini itirmələrini (36 faiz), qarşılıqlı inamsızlıq və şiddətin artmasını (34 faiz) göstəriblər.

SSRİ-nin dağılması ilə əlaqədar qohum və dostlar arasında əlaqələrin pozulmasını 26 faiz rəyi soruşulan deyib.

Sorğunun nəticələrini şərh edən Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə hesab edir ki, bu, Putinin bərbad idarəetməsinin gətirdiyi sosial-iqtisadi böhranla bağladır.

Hikmət Hacızadə deyib ki, hazırda hər bir Rusiya vətəndaşının evinə sosial-iqtisadi problemlər girir.

“Bunları sıralayanda belə mənzərə yaranır: işsizlik, qiymətlərin artımı, kişilər və qadınlar üçün pensiya yaşının artması, qonşularla müharibə. Bu ölkə bütün dünya ilə düşməndir, bir müttəfiqi yoxdur, postsovet məkanındakı bəzi ölkələrə baxmayın, onlar Rusiyadan qorxurlar, həm də enerji və qaz alırlar. Səbəb birdir – Putin hökumətinin pis idarəçiliyi mövcud vəziyyəti yaradıb və bu cür nostalji edənlərin sayı artır”.

O hesab edir ki, Rusiyanın idarəçiliyində dəyişiklik olmasa, SSRİ-ni istəyənlərin sayı artacaq.

O, Azərbaycanda da SSRİ-nin xiffətini çəkənlərin olduğunu deyib:

“Mən bu yaxınlarda müsahibə verirdim, söhbət müstəqilikdən düşdü və istiqlaliyyəti tərifləyirdim. Əleyhimə olan şərhlərdən SSRİ nostalgiyası ilə yaşayanların olduğu açıq görünürdü. Hətta məni söyürdülər ki, bu nə danışır, biz acından ölürük”.

Ana səhifəXəbərlərRusiyada SSRİ nostalgiyası ilə yaşayanların sayı artıb