Rusiyada sərnişin təyyarəsində ölənlərdən biri Azərbaycan vətəndaşıdır

Namiq Qəhrəmanov 1971-ci ildə Yevlax rayonunda doğulub

Source:


Namiq Qəhrəmanov 1971-ci ildə Yevlax rayonunda doğulub

Fevralın 11-də Rusiyada

qəza

ya uğrayan sərnişin təyyarəsində ölənlərdən biri Azərbaycan vətəndaşı ooub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, qəzada həlak olduğu bildirilən 5 may 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlu Azərbaycan Respublikasının vətəndaşıdır.

Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və aidiyyəti dövlət qurumları Rusiya Federasiyasının müvafiq dövlət təşkilatları ilə təmasdadırlar.

Fevralın 11-də “Saratov Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsi “An-148” Domodedovo hava limanından uçduqdan sonra Orsk şəhərində qəzaya uğrayıb. Hadisə nəticəsində 71 nəfər ölüb.

Ana səhifəXəbərlərRusiyada sərnişin təyyarəsində ölənlərdən biri Azərbaycan vətəndaşıdır