”Bir neçə ehtimall üzərində iş gedir, hava şəraiti də bu sıraya daxildir. Amma güman ki, pilot səhv edib”
Martın 18-dən 19-na keçən gecə Moskva vaxtıyla saat 3.50-də Rusiyanın Rostov şəhərində “Боинг-737-800” sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində ekipaj üzvləriylə birgə 62 nəfərin öldüyü bildirilir. Təyyarədə 4 uşaq olub.
Həlak olanlar arasında vilayətin yerli deputatı İqor Pakus və həyat yoldaşı da var.
Təyyarədə 3 Ukrayna, 1 Özbəkistan, 1 Hindistan vətəndaşı olub
.
Məlumatı TASS agentliyi yayıb.
Bildirilir ki, təyyarə Dubay-Rostov marşrutu üzrə uçurmuş. Təyyarə eniş zolağına birinci dəfə enə bilməyib, ikinci cəhdi edərkən yerə çırpılıb və partlayış baş verib.
Flightradar saytı bildirir ki, təyyarə 2 saat hava limanı ətrafında fırlanıb, 10 dəfə yerə enməyə cəhd göstərib: “Zərbə o qədər güclü olub ki, təyyarə parça-parça olub və yanıb. Təyyarənin hissələri 1,5 kilometr ətrafa səpələnib”.
Rostov vilayətinin qubernatoru Vasiliy Qolubev qəzanın səbəbləri sırasında yalnız hava şəraiti ehtimalını əsas götürür.
Rusiya nəqliyyat nazirinin məsləhətçisi Janna Terexova İnterfaks agentliyinə bildirib ki, o, pilotun səhv etdiyini güman edir: “Bir neçə ehtimall üzərində iş gedir, hava şəraiti də bu sıraya daxildir. Amma güman ki, pilot səhv edib”.
TASS xəbər verir ki, qəzaya uğramış təyyarənin göyərtəsindəki sərnişinlərin hamısı Rusiya vətəndaşları, ekipaj üzvləri isə əcnəbilər olub.
Məlumatda qeyd olunur ki, FZ-981 reysi ilə uçan təyyarə FlyDubai aviokompaniyasına məxsus olub. Saat 22.37-də Dubaydan çıxıb, 1.40-da Rostovda olmalıymış.