Rusiyada prezident seçkisi başa çatıb (yenilənir)

111 milyon seçici səs verəcək

Source:
foto pravda.ru
foto pravda.ru



111 milyon seçici səs verəcək

***


Seçici səslərinin 25,03 faizinin hesablanmasına əsasən Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində 72,53 faiz səs toplayıb.


Bu barədə ria.ru Mərkəzi Seçki Komissiyasına istinadən

məlumat

yayıb.


Kommunist Partiyasından Pavel Qrudinin 11,2 faiz, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski 6,96 faiz, “Vətəndaş təşəbbüsü” Partiyasından telejurnalist Kseniya Sobçak 2,5 faiz, “Yabloko” Partiyasının qurucusu Qriqori Yavlinski ilə 0,77 faiz, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin 0,62 faiz, “Rusiya Kommunistləri” Partiyasından Maksim Suraykin 0,61 faiz, biznes ombudsmanı Boris Titov 0,59 faiz səs toplayıb.

***


18.50. Rusiya Mərkəzi Seçki Komissiyası bildirib ki, yerli vaxtla saat 17:08-ə olan məlumata görə, seçicilərin 51,9 faizi səs verib.

Vladimir Putin səs verərkən
Vladimir Putin səs verərkən

***


18.20. MSK-nin məlumatına görə, ən aşağı seçici fəallığı Sankt-Peterburqda-38,99%, ən yüksək fəallıq isə Çuvaşiyada qeydə alınıb-71.76%. Paytaxt Moskvada 40.06% seçici fəallığı olub. Bu, Rusiya vaxtilə saat 17.21-ə olan məlumatdır.


17.50. Russiya Mərkəzi Seçki Komissiyası bildirib ki, saat 16-ya olan məlumata əsasən seçici fəallığı 45 faiz olub və 12 regionda (Uzaq Şərqdə) seçki başa çatıb.


***


16.35. Rusiya Mərkəzi Seçki Komissiyası saat 12-yə qədər ölkə ərazisində seçici fəallığının 34,7 faiz olduğunu bildirib.


***


16.15. Ukraynada seçkilərin keçirilməsi qadağan edilib. Rəsmi Kiyev bunu Rusiyanın Krımda seçki keçirməsi ilə əlaqələndirib. Paytaxt da daxil olmaqla Xarkovda, Odessada, Lvovda “sağ sektor” seçkilərin əleyhinə aksiyalar keçirir.


Rusiya Xarici İşlər Nazirliyi Kiyevi beynəlxalq Konvensiyanı pozmaqda ittiham edib və ATƏT-ə şikayətini göndərib. Rusiya Mərkəzi Seçki Komissiyasının üzvü Vasili Lixaçev

bildirib

ki, özünü Avropa hesab edən ölkənin bu addımı yolverilməzdir.


Rusiyanın Böyük Britaniyadakı səfirliyi önündə “Seçkiləri boykot” çağırışları ilə aksiya keçirilib.


Şimali Koreyada 112 rusiyalı səs verib və bu, seçicilərin səsvermədə 100 faiz iştirakı kimi

qiymətləndirilib

.

***


15.15. Rusiya vətəndaşlığı olan fransız aktyor Jerar Departye səsvermədə iştirak

edib

.

Aktyor Rusiyanın Parisdəki səfirliyindəki seçki məntəqəsinə gələrək səs verib.

Jerar Departye bildirib ki, o səsini Rusiyaya olan vətənpərvərlik və sevgi hissilə verir.


***

Bugün – martın 18-də Rusiyada prezident seçkisi keçirilir. Seçkidə 8 namizəd iştirak edir.

111 milyon seçicinin səs verəcəyi ölkədə 97 mindən çox seçki məntəqəsi

açılıb.

400-dən çox məntəqə xaricdədir.

Seçkini 109 ölkədən 1500-dək xarici müşahidəçi izləyir. ATƏT 500 müşahidəçi göndərib.

Yerli mətbuat yazır ki, Ümumxalq İttifaq Partiyasından Sergey Baburin, Komunist Partiyasından Pavel Qrudinin, Liberal-demokrat Partiyasından Vladimir Jirinovskiy, hazırkı prezident Vladimir Putin, Vətəndaş təşəbbüsü qrupundan Kseniya Sobçak, “Rusiya komministləri”ndən Maksim Suraykin, iş adamı Boris Titov və “Yabloko” partiyasından Qriqoriy Yavlinskiy seçki yarışına qatılıblar.

Bu ildən prezident 6 illiyə seçilir.

Vladimir Putin Moskva vaxtı ilə saat 9.30-da Rusiya Elmlər Akademiyasında səs verib.

Eyni zamanda, Komunist Partiyasından Pavel Qrudinin, iş adamı Boris Titov və Liberal-demokrat Partiyasından Vladimir Jirinovskiy də səs

verib

.

Ana səhifəXəbərlərRusiyada prezident seçkisi başa çatıb (yenilənir)